Dünya 04.03.2020 23:39

ABŞ-da “super çərşənbə axşamı” – Tramp və Bayden şöləni – TƏHLİL - FOTO

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp “super çərşənbə axşamı”nda Respublikaçılar Partiyası tərəfindən keçirilən ilkin seçkilərin hamısında qalib olub.

Rakus.az xəbər verir ki, D.Tramp 13 ştatda pryamarizi qazanıb. D.Tramp Alabama, Arkanzas, Vermont, Massaçusets, Oklahoma, Kaliforniya, Kolorado, Şimali Karolina, Tennessi, Texas və Yuta ştatlarında rəqiblərini qabaqlayıb. Men və Minnesota ştatlarında isə Trampın rəqibi olmayıb, ona görə də o, nümayəndələrin 100% səsini toplayıb.

Bundan sonra D.Tramp “Twitter”də təşəkkür sözləri yazıb.

O, həmçinin rəqibi Maykl Blumberqə də post həsr edərək onu bu çərşənbə axşamının ən böyük uğursuzu adlandırıb.

“Onun “siyasi” məsləhətçiləri onu batırdı. Təxminən, 700 milyon ABŞ dolları yer üzündən silindi. Məhz buna görə, o, “Mini Mayk” təxəllüsü aldı və nüfuzunu tamamilə məhv etdi”, – D.Tramp yazıb.

Xatırladaq ki, D. Trampın cəmi iki rəqibi var – Massaçusets ştatın keçmiş qubernatoru Bill Veld və iş adamı Rokki de la Fuente.

Respublikaçılar Partiyası isə Trampın ikinci müddətə namizədliyini dəstəkləyirlər.

Erkən hesablamalara əsasən, sabiq ABŞ vitse-prezidenti Co Bayden azı 7 ştatda , Vermont Senatoru və özünü “demokratik sosialist” kimi təqdim edən Berni Sanders isə 4 ştatda irəlidə gedir.

“Super Tuesday” (Super Çərşənbə Axşamı) kimi tanınan gündə 14 ştatda partiyanın vahid namizədinin müəyyən edilməsi uğrunda ilkin seçkilər keçirilir.

Baydenin Virciniya, Şimali Karolina, Alabama, Oklahoma, Minnesota , Tenessi və Arkanzasda, Sandersin isə doğma ştatı Vermontda, Kolorado, Utah və Texasda qalib gələcəyi gözlənilir.

Baydenin son qələbələri ötən şənbə günü Cənubi Karolinada afro-amerikalıların geniş dəstəyi sayəsində qazandığı həlledici qələbənin ardınca baş verir.

Cənubi Karolinada olduğu kimi Virciniya ştatında da Baydenin afro-amerikalıların çoxluğunun səsini qazandığı aydın olur. Belə ki, CNN ekzit poluna əsasən onların 60 faizi Baydenə, 18 faizi Sandersə, cəmi 10 faizi isə sabiq Nyu York meri və milyarder Mayk Blumberqə gedib.

Yarışlara sonradan qatılan Blşumberq Super Çərşənbə Axşamında güclü göstəricilər sərgiləyir. Bir çox ştatlarda o, üçüncü ən çox səs qazanan namizəddir.

Özünü "demokrat-sosialist" kimi təsvir edən Berni Sanders 18-29 yaşlı Demokrat seçicilər arasında nəhəng üstünlüyə malikdir.
Özünü “demokrat-sosialist” kimi təsvir edən Berni Sanders 18-29 yaşlı Demokrat seçicilər arasında nəhəng üstünlüyə malikdir.

Sandersin ispandilli amerikalılaın və gənclərin güclü dəstəyi sayəsində nümayəndələr baxımdan ən zəngin Kaliforniya ştatında qalib gələcəyi ehtimal edilir.

Bəzi gözlənitlərə zidd olaraq, belə görünür ki, Super Çərşənbə Axşamının nəticələri hələ ki, Demokratların vahid namizədinin müəyyən edilməsində həlledici rol oynamayıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO