Dünya 12.06.2020 23:39

ABŞ Dini Azadlıq Hesabatını açıqladı - VİDEO

ABŞ-ın dövlət katibi Mayk Pompeo çərşənbə günü Çin, İran, Nigeriya və digər ölkələrdəki din azadlıqları pozuntularından bəhs edib.

Rakus.az xəbər verir ki, dövlət katibi Mayk Pompeo deyir ki, Çində bütün dinlərə qarşı dövlət tərəfindən təqiblər intensivləşir.

“Çinin Kommunist Partiyası dini təşkilatların partiya rəhbərliyinə tabe olmalarını və dini təlimlərə kommunist doqmasını daxil etmələrini tələb edir. Sincanda uyğurların kütləvi həbsi davam edir. Bununla bəradər tibetlilər, buddistlər, falunqun və xristianlara qarşı təqiblər də davam edir,” o deyib.

Çin uyğurların kütləvi şəkildə həbsi ilə bağlı qınaqları rədd edərək, bunun daxili məsələlərinə müdaxilə adlandırıb və Sincandakı böyük saxlama mərkəzləri şəbəkəsinin peşə təlimləri üçün istifadə olunduğunu deyib.

Departamentin çərşənbə günü yaydığı 2019-cu il dini azadlıqlar hesabatı bütün dünyanın diqqəti Birləşmiş Ştatlarda irqçiliyə və polis zorakılığına qarşı kütləvi etirazlara yönəldiyi vaxta təsadüf edib.

ABŞ-ın başqa ölkələri mühakimə etməyə mənəvi səlahiyyətinin olub-olmadığı ilə bağlı suala cavab olaraq Pompeo deyib ki, ABŞ Çindən fərqli olaraq ədalətsiziliklə birbaşa mübarizə aparır.

“Corc Floydun başına gələn hadisə kimi faicəvi və dəhşətli bir şey baş verəndə hökümət tədbir görür. Həmin vəziyyətdə həm yerli hüquq-mühafizə orqanı, həm də Ədliyyə Nazirliyi cəld tədbir gördü,” o söyləyib.

Bundan əlavə ABŞ rəsmiləri İslam Dövləti terror qrupu və Boko Haramın həm müsəlmanlara, həm xristianlara hücumları davam etdirdiyi Nigeriyaya da diqqət çəkib. ABŞ-n Beynəlxalq Dini Azadlıq elçisi Sam Braunbak Dövlət Departamentinin çərşənbə günü keçirilən brifinqi zamanı Nigeriya hökümətini addım atmağa çağırıb.

“Nigeriyada baş verənlər, zorakılıqların artması, qırğınlar və hökümət tərəfindən effektiv tədbirlərin olmaması məni dərindən narahat edir. Nigeriya höküməti daha effektiv hərəkət etməlidir,” o deyib.

Braunbak bildirib ki, müsəlmanların çoxluq təşkil etdiyi Səudiyyə Ərəbistanı ilə bağlı da narahatlıqlar mövcuddur, çünki Səudiyyə Ərəbistanı dünyada tək bir kilsənin belə olmadığı yeganə ölkədir.

XƏBƏR LENTİ
Siyasi / 04.02.2026 14:22
“Çar Rusiyası erməni terroruna niyə dözdü?” – ANONS
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO