Dünya 25.01.2020 23:39

ABŞ-ın Bağdad taleyi – “milyon insanlıq” nümayiş – TƏHLİL - FOTO

Vaşinqtonun bu ayın əvvəlində İraqın paytaxtında İran generalını öldürməsindən sonra Amerika əleyhinə əhval-ruhiyyənin artması nüfuzlu mühafizəkar şiə din xadiminin minlərlə tərəfdarını cümə günü Bağdadın mərkəzində toplayıb.

Rakus.az xəbər verir ki, yürüş iştirakçıları Amerika qoşunlarının ölkəni tərk etməsini tələb edib.

Yürüş müsəlmanların günorta namazı saatlarında, İraqın paytaxtındakı mərkəzi meydanda başlayıb. Etirazçılar “Amerika yox!” kimi şüarlar səsləndirib. Bir uşaq üzərində “Amerikaya ölüm. İsrailə ölüm” yazılan plakat tutub.

ABŞ səfirliyi də daxil olmaqla, bir neçə xarici səfirliyin və İraqın hökümət binalarının yerləşdiyi Yaşıl Zonaya aparan yollar və körpülər beton sədlərlə bağlanıb. İraqın təhlükəsizlik qüvvələri keşik çəkərək, zonaya girişə mane olub.

Əsasən paytaxtdan olmaqla, İraqın cənub əyalətlərindən olan etirazçılar simvolik ağ kəfənlər geyinib və əllərində İraq bayraqları dalğalandıraraq, Bağdadın Cadriyə məhəlləsinə piyada gəlib.

2018-ci ilin may ayında keçirilən parlament seçkilərində partiyası ən çox yer qazanan şiə din xadimi Müqtəda Əl-Sədr ABŞ-ın iranlı general Qasım Süleymani və İraqın yüksək rütbəli hərbi komandiri Əbu Mehdi Əl-Mühəndisi öldürməsindən sonra Amerika qoşunlarının İraqdan çəkilməsini tələb edərək, “milyon insanlıq” nümayişə çağırıb.

Cümə günü verdiyi açıqlamasında 2003-cü ildə diktator Səddam Hüseyni devirmək üçün Birləşmiş Ştatların başlatdığı müharibədə ABŞ qoşunlarına qarşı döyüşən Əl-Sədr Amerika ordusunun İraqdakı mövcudluğuna dair şərtlərin siyahısını açıqlayıb. Siyahıda mövcud təhlükəsizlik müqavilələrinin ləğvi, ABŞ-ın hərbi bazalarının bağlanması, Amerika təhlükəsizlik şirkətlərinin işinə son qoyulması və İraqın hava məkanına çıxışın bağlanması yer alıb.

“Şərtlər yerinə yetirilsə, son əsgər İraqı tərk edənə qədər müqavimət müvəqqəti olaraq dayandırılacaq”,- Əl-Sədr bildirib.

Ölkə rəhbərlərini korrupsiyada, yüksək işsizlik səviyyəsi və sosial xidmətlərin aşağı səviyyədə olmasında günahlandıran etirazlar oktyabrın əvvəllərindən başlayıb və demək olar ki, hər gün davam edib. Nümayişlər zamanı 600-ə qədər insanın həyatını itirməsinə baxmayaraq, etirazçılar nümayişləri davam etdirəcəklərini deyirlər.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO