Dünya 05.08.2019 19:13

ABŞ-ın müqavilədən çıxması fundamental risklər yaradır – Putin

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Orta və yaxın mənzilli raketlərin ləğvi müqaviləsindən çıxması ilə bağlı bəyanatla çıxış edib.

Rakus.az xəbər verir ki, V. Putin ABŞ-ın müqavilədən çıxmasının dünyada vəziyyəti ciddi şəkildə mürəkkəbləşdirdiyini, hamı üçün fundamental risklərin meydana çıxdığını bəyan edib.

“ABŞ-ın müxtəlif bəhanələrlə müqavilədən çıxması silahlara nəzarət sahəsində əsas sənədlərdən birinin məhvi demək olduğunu qeyd etmək məcburiyyətindəyik”, – deyə Rusiya lideri vurğulayıb.

Bəyanatda deyilir ki, baş verənlərlə bağlı bütün məsuliyyət ABŞ-ın üzərinə düşür: “ABŞ beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı ciddi müzakirələr aparmaq əvəzinə irimiqyaslı silahlı münaqişə, nüvə silahlarından istifadə ehtimalını azaltmaq üçün uzun illər göstərilən səyləri heçə endirməyi seçdi.

Rusiya hazırkı vəziyyəti diqqətdən kənarda saxlaya bilməz, ABŞ və onun müttəfiqlərinin dostluq və sülh mesajları bizi qane etmir. Bu kontekstdə mövcud vəziyyəti nəzərə alaraq Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Xarici Kəşfiyyat Xidmətinə orta və yaxın mənzilli raketlərin istehsalı, daşınması və yerləşdirilməsi istiqamətində ABŞ tərəfindən atılacaq gələcək addımları diqqətdə saxlamaq tapşırılır. Əgər ABŞ-ın bu sistemlərin inkişafını tamamlaması və istehsalı barədə dəqiq məlumat əldə edilərsə, Rusiyanın oxşar raketlərin istehsalı üçün tammiqyaslı fəaliyyətə başlamaqdan savayı yolu qalmayacaq. Təbii ki, bu, zaman alacaq”.

Putin bəyanatında qeyd edib ki, Rusiya ordusu bu silahları əldə edənədək ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxmasından qaynaqlanan təhdidlərə hazırda mövcud olan müxtəlif sinif raket sistemləri vasitəsilə cavab verə bilər.

Bəyanatda bildirilir ki, Rusiya üzərinə götürdüyü birtərəfli öhdəliklərə sadiqdir və yalnız cavab verməli olduğu təqdirdə hərəkət edəcək: “Bu, quruda yerləşən orta və yaxın mənzilli raketlərin hazırlanması, istehsalı və yerləşdirilməsinə aiddir. ABŞ istehsalı olan orta və yaxın mənzilli raketlər regiona yerləşdirilmədiyi müddətcə biz onları heç bir bölgəyə yerləşdirməyəcəyik”.

V. Putin qeyd edib ki, ABŞ-ın bu addımı qlobal təhlükəsizliyin sarsılmasına səbəb olacaq: “Bizim fikrimizcə, ABŞ-ın hərəkətləri devalvasiyaya, qlobal təhlükəsizliyin, o cümlədən Strateji hücum silahları və Nüvə silahının yayılmaması haqqında müqvilələrin sarsılmasına gətirib çıxaracaq. Bu ssenari silahlanma yarışı üçün yeni siqnal ola bilər. Qaydaları, məhdudiyyətləri və ya qanunları olmayan bir xaosdan qaçmaq üçün hər hansı qeyri-müəyyənlikdən uzaq olan ciddi və mənalı dialoq başlatmalıyıq. Rusiya strateji stabillik və təhlükəsizlik üzrə hərtərəfli danışıqları vacib hesab edir və bu danışıqların yubanmadan bərpa olunmasına hazırdır”.

V. Putin bildirib ki, son hadisələrə baxmayaraq, Rusiya hələ də sağlam düşüncənin hökm sürdüyünə, ABŞ və onun müttəfiqlərinin öz xalqları və bütün beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət hissini dərk etdiyinə ümid edir.

Xatırladaq ki, ABŞ-ın Orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxması prosesi avqustun 2-si başa çatıb. Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi üzrə müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb.

2018-ci ilin oktyabrında ABŞ prezidenti Donald Tramp Vaşinqtonun bu razılaşmadan geri çəkildiyini bildirib. (apa.az)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO