Dünya 18.06.2020 23:39

ABŞ-ın siyasi gündəmi – Bolton-Pompeo-Tramp qarşıdurması – TƏHLİL - FOTO

ABŞ və Şimali Koreya arasında 2018-ci ildə keçirilən tarixi sammitdə ABŞ-ın dövlət katibi Maykl Pompeo Prezident Donald Trampı gəvəzə adlandırıb.

Rakus.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton memuarlarında yazıb.

Sabiq müşavirin “Hadisənin baş verdiyi otaq: Ağ evin xatirələri” hələ işıq üzü görməsə də, qəzet kitabdan müəyyən hissələri dərc edir.

“2018-ci il iyunun 12-də Donald Tramp və Kim Çen Inın görüşündə Maykl Pompeo Con Boltona üzərində “O elə gəvəzədir ki” yazılmış kağız verib”, – “The New York Times” yazıb.

C.Boltonun sözlərinə görə, olaydan bir ay sonra M.Pompeo Ağ evin Şimali Koreya siyasətinin “uğursuzluğa məhkum” olduğunu vurğulayıb.

C.Bolton həmçinin qeyd edib ki, D.Trampın müşavirləri onun arxasınca gülürlər.

ABŞ-ın Ədliyyə Nazirliyi prezidentin sabiq milli təhlükəsizlik müşaviri Con Boltonu məhkəməyə verib. ABŞ hökuməti hesab edir ki, Bolton müşavir vəzifəsinə təyin edildiyi zaman gizli məlumatları açıqlamamaqla bağlı üzərinə götürdüyü öhdəlikləri pozur.

Prezident Donald Tramp bildirib ki, ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton yazdığı kitabda məxfi məlumatları faş edərək qanunu pozub.

Onun sözlərinə görə, C.Boltonun “Bunun baş verdiyi otaq: Ağ Ev xatirəsi” adlı kitabında açıqlanmağa icazə verilməyən bəzi məxfi məlumatlar da var.

Xatırladaq ki, 2019-cu ilin sentyabr ayında Prezident Tramp Con Boltonu istefaya göndərərək bunu milli təhlükəsizliklə bağlı aralarında kəskin fikir ayrılıqları olması ilə əsaslandırmışdı. Bundan bir ay sonra C.Boltonun milli təhlükəsizlik müşaviri işlədiyi dövr haqqında kitab yazmaq istəməsi 2019-cu ilin oktyabr ayında bəlli olub.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO