Dünya 21.01.2020 04:45

ABŞ-ın üç hava limanında qorxulu virus axtarılır

ABŞ-ın üç hava limanında yeni tənəffüs yolları virusunun simptomları olduğu ehtimal edilən səyahətçiləri aşkar etmək üçün yoxlamalar aparılır.

Rakus.az xəbər verir ki, yeni virus Çinin mərkəzi Uhan şəhərində bu günə kimi iki nəfərin ölümünə səbəb olub. Ümumi yoluxanların sayı 65 nəfərdir.

San-Fransisko beynəlxalq hava limanı Uhandan birbaşa və ya tranzit uçuşlar vasitəsilə ABŞ-a səyahət edənlər üçün yoxlanış proqramı başladıb.

İndiyə qədər yeni virus Çindən kənarda Yaponiya və Taylandda yayılıb və Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) rəsmiləri jurnalistlərə açıqlamada Çindən kənarda daha çox yoluxmaların olacağını gözlədiklərini bildirib. Rəsmilər amerikalılar üçün daha az risk olduğunu qeyd edib.

Yanvarın 19-dan etibarən 65 nəfərin bu virusa yoluxduğu təsdiqlənib. Bütün xəstələr ya Uhan sakinləri, ya da yaxın zamanlarda adıçəkilən şəhərə gedən insanlar olub. Onların simptomlarına hərarət, öskürək və nəfəs almaqda çətinlik daxildir.

Uhanda olan 62 xəstədən ikisi ölüb, 19 nəfər isə xəstəxanadan buraxılıb.

Tayland da Uhandan gələn iki çinli turistin pnevmoniya xəstəliyinə yoluxduğunu təsdiqləyib. Yaponiya isə Uhana səyahət edən bir Yaponiya vətəndaşının eyni virus daşıyıcısı olduğunu bildirib.

Xəstəliklərə Nəzarət Mərkəzi üç hava limanına – Los Anceles, San Fransisko və Nyu York Con F. Kennedi beynəlxalq aeroportlarındakı karantin stansiyalarına əlavə olaraq 100 işçinin göndəriləcəyini açıqlayıb.

Müayinə prosedurlarına əsasən, Uhandan gələn səyahətçilər anket doldurmaq və hərarətin yoxlanılması üçün hava limanındakı xüsusi bir əraziyə aparılır. Simptomları olanlara sağlamlıq və yoluxma ilə əlaqəli əlavə suallar verilir və daha çox müayinəyə ehtiyacı olanlar isə əlavə yoxlamalar üçün təyin olunmuş tibbi müəssisəyə göndərilir.

Xəstəliklərə Nəzarət Mərkəzinin rəsmiləri yoluxma halları davam etdiyi üçün yoxlamaların davam etdirilə biləcəyini qeyd edib.

Çin virusu hesab olunan koronavirus soyuqdəymədən şiddətli kəskin tənəffüs sindromuna qədər infeksiyalara və ya SARS-a səbəb ola bilən viruslar ailəsinə məxsusdur. SARS ağır yoluxucu virus növüdür. 2002-ci ildə Çində yaranan və nəticədə 37 ölkəyə yayılan bu virus 774 nəfərin ölümünə səbəb olmuşdu.

Səhiyyə işçiləri Çindən gələn yeni virusun SARS qədər ölümcül olduğunu düşünmürlər, lakin tədqiqatlar davam etdirilir və virusun insandan insana asanlıqla keçib-keçmədiyi hələ məlum deyil.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO