Dünya 04.07.2020 15:00

ABŞ Müstəqillik Gününü qeyd edir

İyulun 4-də ABŞ-da Müstəqillik Günü qeyd edilir. Koronavirus pandemiyasına baxmayaraq, Tramp Administrasiyası Müstəqillik Gününün şənbə günü geniş miqyasda keçirilməsi ilə bağlı plan təsdiqləyib.

Rakus.az xəbər verir ki, Vaşinqtonda bayram atəşfəşanlığı planlaşdırılıb və şəhərin mərkəzində yerləşən Milli Xiyabanda minlərlə insanın toplaşacağı gözlənilir. Demokratlar partiyasından olan bəzi qubernatorlar və Kolumbiya dairəsinin meri Müriel Bauzer bayramın keçirilməsinə qarşı çıxış ediblər. M.Bauzer bildirib ki, Ağ ev mer administrasiyasının təntənələrin keçirilməsinə razı olmaması barədə məlumatlandırılıb. O vurğulayıb ki, bu, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin və Səhiyyə Nazirliyinin tövsiyələrinə müvafiq deyil.

Prezident Donald Tramp isə Maunt-Raşmora yollanıb. O, Cənubi Dakotadakı milli parkda ABŞ-ın Müstəqillik Günü təntənələrində çıxış edəcək. Raşmor dağının döşündəki qranitdən yonulmuş milli memorial üzərində Amerikanın dörd prezidenti – Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkolnun simalarının təsvir olunduğu nəhəng abidədir.

Nümayişçilər qrupu Trampa qarşı etiraz aksiyası keçirərək onun səfərindən əvvəl Cənubi Dakotadakı şoseni bağlayıblar. Yerli hakimiyyət orqanları onlardan dağılışmalarını xahiş etsələr də, nümayişçilər bunu rədd ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları dağıtmaqdan ötrü tüstü şaşkasından istifadə ediblər.

İyulun 4-ü Birləşmiş Ştatlarda 1776-cı ildə ölkənin Böyük Britaniyadan müstəqilliyini elan edən ABŞ Müstəqillik Bəyannaməsinin qəbulu günü kimi qeyd olunur. Amerikalıların əksəriyyəti bu bayramı sadəcə onun tarixinə görə “Dörd iyul” adlandırırlar. Adətən bu bayram atəşfəşanlıq, parad, karnaval, yarmarka, konsertlər, beysbol oyunları, ailəvi görüşlər keçirilməklə, barbekyü bişirməklə, siyasətçilərin xalqa müraciətləri ilə, mərasimlərlə, həmçinin Birləşmiş Ştatlar üçün ənənəvi olan ictimai və özəl tədbirlərlə təşkil edilir.

XƏBƏR LENTİ
Siyasi / 04.02.2026 14:22
“Çar Rusiyası erməni terroruna niyə dözdü?” – ANONS
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO