Dünya 14.11.2019 23:39

ABŞ-Türkiyə danışıqları – “xoş” sözlər və “yalan” vədlər – TƏHLİL - FOTO

Türkiyə və Birləşmiş Ştatların liderlərinin arasında noyabrın 13-də aparılan danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb.

Rakus.az xəbər verir ki, onların görüşü iki ölkə arasında münasibətlərin gərgin olduğu vaxta təsadüf edib.

Donald Tramp və Rəcəb Tayyib Ərdoğan Ağ Evdə aparılan danışıqları “produktiv və səmimi” adlandırıb.

“Türkiyənin Rusiyanın S-400 kimi təkmilləşdirilmiş döyüş silahlarını alması bizim üçün ciddi çətinliklər yaradır”, Tramp Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında söyləyib.

“Ümid edirəm ki, biz bu vəziyyəti həll edəcəyik”,- o deyib.

S-400
S-400

Türkiyənin Moskvadan “S-400” raket sistemini alması Amerikanın Rəqiblərinə Qarşı Sanksiyalar Vasitəsilə Əks Tədbir Aktını pozur. Bu akt Rusiyadan böyük hərbi avadanlıqlarının alışını qadağan edir.

Bu, həmçinin Birləşmiş Ştatların NATO müttəfiqini F-35 proqramından kənarlaşdırmasına gətirib çıxarıb.

Ərdoğan “S-400” və F-35 məsələlərinə istinadən deyib: “Biz yaşadığımız çətinlikləri yalnız dialoq vasitəsilə həll edə bilərik”.

Türkiyə lideri həmçinin bildirib ki, əgər Amerikanın “Patriot” raket müdafiə sisteminin qiyməti münasib olsa, Türkiyə ordusu onu ala bilərdi.

Hər iki ölkənin rəsmisi bu mühüm məsələni həll etmək üçün əlavə yüksək səviyyəli danışıqların planlaşdırıldığını bildirib.

Ərdoğan bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə Amerika təyyarələrini ala bilməsə Moskvadan SU-57 və SU-35 döyüş təyyarələrini almağı müzakirə edib.

Bu addım Türkiyənin ABŞ-ın başçılıq etdiyi NATO ittifaqına üzvlüyü təhlükə altına ala bilər.

Tramp çərşənbə axşamı keçirilən mətbuat konfransında bu məsələyə toxunmayıb və Türkiyənin möhtəşəm NATO tərəfdaşı olduğunu söyləyib.

Bu həftənin əvvəli hər iki partiyadan konqresmenlər Trampa Türkiyə prezidenti ilə görüşünü ləğv etməyə çağıran məktub ünvanlayıb. Onlar buna səbəb olarak Ərdoğanın Suriyadakı “fəlakətli” əməllərini və “S-400” sistemini almasını göstərib.

Rəcəb Tayyib Ərdoğan isə Vaşinqtonda amerikalı həmkarı Donald Tramp ilə görüşünün nəticələrini şərh edib. O deyib ki, Türkiyə ABŞ-ın S-400 zenit-raket komplekslərindən imtina etmək barədə tələbini suveren hüquqlarının pozulması hesab edir.

“S-400 zenit-raket komplekslərindən tam imtina edərək ABŞ-ın “Patriot” sisteminə keçilməsi tələbini doğru saymırıq. Biz “Patriot” sistemini ala biləcəyimizi və onları alarkən S-400 komplekslərindən imtina etməyəcəyimizi demişik. Bu, bizim suveren hüququmuzdur”, – Türkiyə Prezidenti Vaşinqtondan qayıdarkən təyyarədə jurnalistlərin bununla bağlı suallarını belə cavablandırıb.

O, ümumilikdə ABŞ-a səfərinin müsbət keçdiyini və mövcud fikir ayrılıqlarının yoluna qoyulması üçün dialoqun vacibliyini vurğulayıb.

“Biz F-35 qırıcı təyyarələrinin çatdırılması üzrə müsbət nəticəyə nail olmaq istəyirik. Lakin mən bu dəfə Donald Trampın bu mövzuya yanaşmasının daha müsbət və konstruktiv olduğunu gördüm”, – Türkiyə Prezidenti deyib.

Türkiyə ən az 100 ədəd “F-35 Lightning II” təyyarəsi almaq niyyətindədir. Sövdələşmə ABŞ-ın himayəsi altında hazırlanan və Ankaranın 2002-ci ildə qoşulduğu proqram çərçivəsində həyata keçirilməli idi.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Bu saziş Ankara və Vaşinqton arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib. Əks halda Vaşinqton F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını bildirib. Ankaranın güzəştə getməyəcəyi barədə bəyanatından sonra onun proqramdakı iştirakı dayandırılıb.

Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemi olan S-400 zenit-raket kompleksləri Türkiyəyə çatdırılmasına iyul ayının ortalarından başlanılıb.

XƏBƏR LENTİ
Siyasi, Video müsahibə / 06.05.2025 18:51
“Ermənistan fürsətdən istifadə edib Azərbaycanın uzatdığı əli qəbul etməlidir” - VİDEO
Siyasi, Sosial / 06.05.2025 14:31
Padarların saldığı oğuz yurdu – ANONS
Müsahibə, Siyasi / 06.05.2025 13:16
“Ermənistan sülhə qarşı gedə bilməz” – ANONS
Siyasi, Video müsahibə / 05.05.2025 22:53
“Moskva elitası ermənilərin himayədarına çevrilmişdi” - VİDEO
Elm və təhsil, Mədəni / 03.05.2025 22:36
“Türklər tarixi işarələrlə qayalara, xalçalara həkk edirdilər” - VİDEO
Siyasi, Sosial / 02.05.2025 22:20
“Sovet əsgərləri ermənilərin hərəkətlərinə göz yumurdu” - FOTO - VİDEO
Mətbuat / 02.05.2025 16:59
Turan İbrahimov: “Televiziya gündəlik informasiya və əyləncə mənbəyi olaraq qalır” - FOTO
Siyasi, Sosial / 02.05.2025 13:16
“Vətən həsərətinə son qoyulacaq” – Elçin Nəbiyevin həyat hekayəsi – ANONS - VİDEO
Siyasi, Təhlil / 01.05.2025 22:59
Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin əsas həlledici ölkəsinə çevrilib - VİDEO
Təhlil / 01.05.2025 14:53
Azərbaycan Zəngəzura yaxınlaşır – ANONS - VİDEO
Sosial / 01.05.2025 14:19
AHİK ilə ƏƏSMN nümayəndələrinin görüşü olub - FOTO
Elm və təhsil / 30.04.2025 22:50
“Türklərin ata yurdu Urmu, Van, Göyçə göllərinin arasındadır” - VİDEO
Elm və təhsil / 30.04.2025 13:48
Naxçıvan adı çeçen dilindədir” – ANONS
Siyasi, Sosial / 29.04.2025 22:50
Atcar, Auş, Axarbaxar, Axdala, Axdərə, Axnçı, Axsaxlı – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Siyasi, Video müsahibə / 29.04.2025 18:53
“1827-1830-cu illər arasında demoqrafik fəlakət baş verib”
Sosial / 29.04.2025 14:36
Ermənilərin saxta keçmiş düzəltmə sirri – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 29.04.2025 13:40
“Zəngəzuru daşnaklara bolşeviklər verdi” – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 28.04.2025 22:34
“Göyçəli Aşıq Nəcəf ilk milli şəhidimizdir” - FOTO - VİDEO
Mədəni / 28.04.2025 19:33
Bayrağımız şagirdlərin qəlbində ucalır - FOTO
Siyasi, Sosial / 28.04.2025 18:52
Hümbət Hüseynov TDBB-nin 7-ci qurultayına qatılıb - FOTO
Siyasi, Təhlil / 28.04.2025 17:15
Brüssel-Bakı münasibətlərdə yeni səhifə açılır - FOTO - VİDEO
Mədəni / 26.04.2025 22:32
“Aşıqlara ağlasığmaz işgəncə verilirdi” - VİDEO
Siyasi, Sosial / 25.04.2025 22:10
“Ölən erməni qızın nənəsi məhkəmədə tələb etdi ki, yunan yox, türk tutulmalıdır” - FOTO - VİDEO
Siyasi, Sosial / 25.04.2025 13:26
“Ermənilər əmimi qətlə yetirdilər” – Məcid Həsənovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 24.04.2025 22:48
“Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib” - VİDEO
Siyasi / 24.04.2025 13:43
Göyçədə ərazilərin qaytarılmasına hazırlıq gedir – ANONS