Elm və təhsil 09.04.2019 00:14

ADA Universitetində “dəyirmi masa” - FOTO

ADA Universitetində “Nüvə və yüksək enerji fizikası XXI əsrdə hara gedir?” mövzusunda “dəyirmi masa” keçirilib.

Rakus.az xəbər verir ki,  “Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan arasında nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminar çərçivəsində keçirilən dəyirmi masaya ABŞ-ın Merilend Universitetinin professoru, akademik Roland Saqdeyev moderatorluq edib.

Tədbirdə Flerov adına nüvə reaksiyaları laboratoriyasının direktoru Sergey Dmitriyev, Antiproton və ion tədqiqatı mərkəzinin (FAIR) elmi direktoru və idarə heyətinin sədri Paolo Qubellino (Almaniya), Praqada Çex Texniki Universiteti nəzdindəki Eksperimental və Tətbiqi Fizika İnstitutunun direktoru İvan Stekl mövzu ətrafında çıxış ediblər.

S.Dmitriyev “Mendeleyev dövrü cədvəlində ən ağır elementlər. Bu gün və gələcək” mövzusunda təqdimat edib. O, belə tədbirlərin Azərbaycanın müvafiq sahəyə töhfə verməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

P.Qubellino sədrlik etdiyi FAIR-in fəaliyyəti barədə məlumat verib. Bildirib ki, bu müəssisə dünyada ən geniş “Data mərkəz”lərindəndir. Alim tədqiqat mərkəzinin həyata keçirdiyi layihələr nəticəsində əldə olunan yeni kəşflər və izotoplar barədə də danışıb. Mərkəzin həyata keçirdiyi layihədə 9 ölkənin beynəlxalq payçı və 1 ölkənin assosiativ tərəfdaş kimi çıxış etdiyini diqqətə çatdırıb. Mərkəzin kosmik radiasiyadan mühafizə sahəsində də eksperimentlər apardığını deyən P.Qubellino bu araşdırmaların uğurlu nəticələri olaraq daha uzaq, məsələn Mars planetinə kosmik səfərlərin asanlaşacağını qeyd edib.

“Nüvə və zərrəciklər fizikası” mövzusunda təqdimatla çıxış edən İ.Stekl bildirib ki, XXI əsrdə zərrəciklər fizikası qarşısında duran ən aktual məsələ yüksək enerji fizikası sahəsində güclü kollayderlər vasitəsilə zərrəciklərin araşdırılması olub. O, həmçinin XXI əsrdə bu sahədə aşağı enerji fizikası və aşağı sıxlıqlı elementlərin araşdırılmasının əhəmiyyətinin artdığını qeyd edib. İ.Stekl rəhbərlik etdiyi institutun apardığı son eksperimentləri və layihələri diqqətə çatdırıb.

Sonda akademik R.Saqdeyev bildirib ki, beynəlxalq seminar çərçivəsində BDU ilə Çex Texniki Universiteti nəzdindəki Eksperimental və Tətbiqi Fizika İnstitutu arasında imzalanmış əməkdaşlıq protokolu gələcəkdə Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa qoşulmasına təkan verəcək.

 

 

XƏBƏR LENTİ
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu?
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO