Dünya 25.02.2020 03:34

“Adımı “Taliban”la sülh sazişinin üzərinə yazacam” – Tramp

ABŞ prezidenti Əfqanıstan “Taliban”ı ilə əldə edilən qısmi barışığın qüvvədə olduğunu və bunun bu həftənin sonuna planlaşdırılan sülh razılığının imzalanmasına yol açacağını bildirib.

Rakus.az xəbər verir ki, Hindistana səfər etməzdən öncə müxbirlərlə danışan Donald Tramp bu həftənin necə keçəcəyini izləmək istədiyini deyib. O, gələn bir neçə günün Əfqanıstanda sülh prosesi yolunda atılacaq növbəti addımları müəyyən edəcəyini vurğulayıb.

“Zorakılılqların azalması” ABŞ və “Taliban” üçün Qətər görüşündə sülh razılığı əldə edilməsi yolunda mühüm addım hesab edilir.

“Bir həftədən az bir müddətdə hər şey yolunda getsə, mən öz adımı sazişin üzərinə yazacam. Vətənə qayıtmaq vaxtıdır”,-  Tramp əlavə edib.

Bu arada, Qətərin Xarici İşlər Nazirliyinin nümayəndəsi Kabilə səfər edərək, prezident Əşrəf Qani və digər siyasi fiqurlarla qarşıdan gələn imzalama məsələsini müzakirə edib.

Əfqanıstanın TOLO televiziyası vasitəsi ilə görüşlərinin detallarını açıqlayan Mütləq Bin Məcid Əl-Qəhtani deyib ki, mühüm ölkələr və təşkilatların təmsilçiləri Əfqanıstana dəstək məqsədi ilə imzalama mərasiminə qatılacaq.

ABŞ dövlət katibi Mayk Pompeo və “Taliban” uzunmüddətli müharibəyə son qoyacaq razılığın fevralın 29-da imzalanacağını bəyan edib.

Razılığa əsasən ABŞ qüvvələrinin hamısını tədricən Əfqanıstandan çıxaracaq. Bunun müqabilində “Taliban” Əfqanıstandan terrorizm fəaliyyətləri üçün bir platforma kimi istifadə edilməməsinə zəmanət verir. Eyni zamanda “Taliban” barışıq səylərini də davam etdirməlidir.

Razılığın imzalanmasına “Taliban”ın vəd etdiyi yeddi günlük “zorakılığın azaldılmasına” dair razılıq şərait yaradıb. Atəşkəs barədə razılıq cümə günü gecə qüvvəyə minib

ABŞ prezidenti Donald Tramp “Taliban”la sülh razılaşmasının “bir şans” olduğunu, bunun ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarmasına və uzun sürən müharibəyə son qoyulmasına səbəb olacağını deyib.

Sənəd fevralın 29-da Qətərin Doha şəhərində imzalanacaq.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO