Dünya 17.09.2019 15:40

Adnan Oktar ilk dəfə hakim qarşısına çıxarılacaq

Keçən il həbs edilən Adnan Oktar və lideri olduğu qrupun bir çox üzvü bu gün ilk dəfə hakim qarşısına çıxarılacaq.

Rakus.az xarici KİV-lərə istinadla xəbər verir ki, cinayət işi çərçivəsində hazırlanan 3 min 908 səhifəlik ittiham aktında qrup “Adnan Oktar Silahlı Cinayət Təşkilatı” kimi tövsif olunur.

226 şübhəli haqqında 24 ayrı ittihamın irəli sürüldüyü cinayət işində ümumilikdə 125 zərərçəkən-şikayətçi var.

İstanbulda – Silivri Cəzaçəkmə Müəssisələrinin qarşısındaki böyük salonda keçiriləcək məhkəmə prosesinin həftələrlə davam edəcəyi gözlənir.

Adnan Oktar, onun dəstəsi və cinayət işinin məzmunuyla bağlı nələr məlumdur?

Xatırladaq ki, 1956-cı ildə Ankarada dünyaya gəlmiş Oktar 1979-cu ildə İstanbuldakı Memar Sinan İncəsənət Universitetinin daxili memarlıq fakültəsinə qəbul olunub.

Fəaliyyətlərinə bu universitetin Fındıklı bölgəsindəki kampusuyla yaxınlardakı məscid və evlərdə dini sohbətlərlə başlayıb. Yavaş-yavaş öz ətrafında bir icma yaradıb.

Özünün Mehdi olduğuna eyham vuran, təkamülə və masonluğa qarşı olduğunu qabardan Oktar maddi vəziyyəti yaxşı olan ailələrin son siniflərdə və universitetlərdə oxuyan uşaqlarını dəstəsinə qatmağa başlayıb.

1980-ci illərin İstanbulunda onun adı orta və yuxarı sinif ailələrdə narahatlığa səbəb olan bir şəhər əfsanəsinə çevrilib.

O illərdə Oktar mətbuatda da görünməyə başlayıb, “Adnan hocaçılar” adı gizli-gizli populyarlaşıb.

1987-ci ildə daha sonra da istifadə edəcəyi Harun Yahya ləqəbiylə “Yəhudilik – Masonluq” adlı bir kitab yazan Oktar buna görə həbs olunub və 9 ay həbsxanada qalıb.

Azad ediləndən sonra şizofreniya diaqnozuyla Bakırköy Ruhi və Əsəb Xəstəlikləri Xəstəxanasında 10 ay qalan Oktar Məhkəmə Tibbi Ekspertiza İdarəsinin diaqnozunun “idealist Passoni”yə (liderlik sayıqlamaları olan şəxs) dəyişdirməsi nəticəsində azadlığa buraxılıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO