Dünya 09.02.2020 21:33

Afrika İttifaqının 33-cü Sammiti keçirilir

Fevralın 9-da Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqı dövlət və hökumət başçılarının 33-cü Sammiti öz işinə başlayıb. 

Rakus.az xəbər verir ki, “Silahlar sussun. Afrikanın inkişafı üçün əlverişli şərait yaradılsın” devizi altında keçirilən zirvə görüşündə Misir Prezidenti Əbdülfəttah əs-Sisi Afrika İttifaqında sədrliyi Cənubi Afrika Respublikasının dövlət başçısı Siril Ramafozaya təhvil verəcək.

Sammitin başlanması ilə əlaqədar BMT-nin Baş katibi Antonio Quterreşin müraciəti yayılıb. O qeyd edib ki, aparılan müzakirələr Afrikanın Sahel regionunda sülhün və sabitliyin bərqərar olması, terrorizmə qarşı mübarizə, Liviyada xaosa son qoyulması, acılığın və səfalətin aradan qaldırılması məsələlərində BMT ilə əməkdaşlıq baxımından çox mühümdür.

İkigünlük sammit çərçivəsində tədbirdə iştirak edən 39 dövlətin dövlət və hökumət başçıları Misir Prezidenti Əbdülfəttah əs-Sisinin sədrliyi ilə qapalı toplantı keçiriblər. İclasda Liviya münaqişəsinin əsas müzakirə mövzusu olduğu bildirilir.

Sammitdə Afrika İttifaqının yeddi il əvvəl qitədə müharibələrin və soyqırımının qarşısının alınması barədə qəbul etdiyi qətnamənin yerinə yetirilməsinin yekunları, İŞİD və “Əl-Qaeda” terror təşkilatları ilə əlaqəli olan silahlı qruplaşmalara qarşı mübarizə, Qvineya körfəzində piratların gəmilərə hücumlarının qarşısının alınması müzakirə olunacaq.

Növbəti ildə təşkilata sədrlik edəcək Cənubi Afrika Respublikasının dövlət başçısı Siril Ramafoza Liviya münaqişəsi və Cənubi Sudanda sülh müqaviləsinin şərtlərinin yerinə yetirilməsini prioritet elan edib. O qeyd edib ki, Pretoriyanın 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması da problemlərin həllinə kömək edəcək.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO