Dünya 20.08.2019 03:34

Afrika Oyunları Mərakeşdə başladı

Mərakeşdə, Rabatın şahzadə Mulay Abdulla adına idman kompleksində Afrika Oyunlarının təntənəli açılış mərasimi təşkil edilib. Bu, qitə tarixində 12-ci yarışlar olacaq.

Rakus.az xəbər verir ki, müasir rəqəmsal texnologiyanın tətbiq olunduğu, populyar müğənni və rəqs kollektivlərinin iştirak etdiyi rəngarəng şounu tribunaya toplaşan minlərlə tamaşaçı izləyib. Fəxri qonaqlar kürsüsündə ölkə kralının qardaşı, şahzadə Mulay Rəşid, Afrika İttifaqı komissiyasının sədri Musa Faki Mahamat və digər yüksəkvəzifəli şəxslər əyləşiblər.

Mərasimdə Afrika İttifaqının himni, Olimpiya himni və Mərakeşin milli himni səsləndirilib. Şahzadə Mulay Rəşid avqustun 31-dək davam edəcək Afrika Oyunları – 2019-un açılışını elan edib.

Kral VI Məhəmmədin himayədarlığı ilə keçiriləcək yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 6400-ə yaxın idmançı iştirak edir. Onlar idmanın 29 növündə, o cümlədən yüngül atletika, basketbol, güləş, velosiped idmanı, voleybol, həndbol, gimnastika, kanoyda avarçəkmə, cüdo, karate, atçılıq idmanı, üzgüçülük, tennis, qılıncoynatma, futbol, şahmat və s. növlərdə medallar uğrunda mübarizə aparacaqlar. İdmanın 17 növündə isə Tokio Yay Olimpiya Oyunlarına lisenziyalar oynanılacaq.

Yarışlar altı şəhərdə – Rabat, Sale, Kasablanka, Bensliman, Temara və Əl-Cədiddə keçiriləcək. Ümumafrika şahmat çempionatı ekspertlərin və azarkeşlərin ayrıca diqqətini çəkir. Çempionat Beynəlxalq Şahmat Federasiyasının (FIDE) himayədarlığı ilə Oyunlar çərçivəsində avqustun 23-dən 28-dək Kasablankada təşkil olunacaq.

Afrika Oyunları ilk dəfə 1965-ci ildə Brazzavildə (Konqo Respublikası) təşkil olunub. Mərakeşdə daha əvvəl qitə yarışları keçirilməyib. Oyunların Təşkilat Komitəsi qonaqlara kömək məqsədilə iki midən artıq könüllü cəlb edib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO