Ağ Ev baş infeksionistə qadağa qoydu
Ağ Ev Allergiya və İnfeksion Xəstəliklər Milli İnstitutunun rəhbəri Entoni Fauçiyə Konqresdə ifadə verməyi qadağan edib.
Rakus.az xəbər verir ki, bu barədə Konqresin Assiqnasiya Komitəsinin nümayəndəsi İven Hollanderə istinadən xəbər verib.
İ.Hollanderin sözlərinə görə, komitə E.Fauçini gələn həftə koronavirusla mübarizə mövzusunda keçiriləcək dinləmələrə dəvət etmək istəyib, lakin Ağ Evin ona ifadə verməyi qadağan etdiyi məlum olub.
Ağ Evin sözçüsü Cadd Dir baş infeksionistin koronavirusla mübarizənin qızğın dövründə dinləmələrdə iştirakının faydasız olduğunu bildirib.
Aprelin 30-da E.Fauçi yüz milyonlarla doza koronavirus peyvəndinin 2021-ci ilə qədər hazır ola biləcəyini açıqlamışdı. O, bunu həyata keçirən komandaya daxil olduğunu əlavə etmişdi.
Son məlumatlara görə, ABŞ-da 1 131 452 nəfər koronavirusa yoluxub. Bu günə qədər 65 776 nəfər bu xəstəlikdən ölüb, 161 563 nəfər isə sağalıb.