Ağ Ev Fərat hərəkatı ilə bağlı açıqlama yaydı - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın telefon söhbətindən sonra Ağ Ev açıqlama yayıb.
Rakus.az xəbər verir ki, açıqlamada bildirilib ki, ABŞ Silahlı Qüvvələri Suriyada Fərat əməliyyatlarını dəstəkləməyəcək və son iki ildə ABŞ-ın İŞİD-dən qoruduğu bölgəyə bundan sonra Türkiyə məsuliyyət daşıyacaq.
Açıqlamanın ardından Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın da twitter hesabında açıqlama yayıb. İbrahim Qalın yazıb ki, Türkiyənin kimsənin torpağında gözü yoxdur. Suriyanın ərazi bütövlüyü çərçivəsində “təhlükəsiz bölgə” yaratmaqda Türkiyənin məqsədi sərhədlərinin təhlükəsizliyini və suriyalı qaçqınların öz doğma torpaqlarına qayıtmasını təmin etməkdir: “Türkiyə güçlüdür və qərarında qətiyyətlidir”.
Türkiyə mediasında yazılanlara görə, bundan sonra Türkiyənin bölgədə “Barış pınarı” adlı hərbi əməliyyatlara başlayacağı gözlənilir.