Dünya 28.03.2020 23:39

Ağ Evin koronavirus paketi – Tramp -Nensi barışığı – TƏHLİL - FOTO

ABŞ Prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatası Amerika tarixində ən böyük iqtisadi yardım paketini təsdiq etdikdən bir neçə saat sonra 2 trilyonluq dollarlıq yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsinə imza atıb.

Rakus.az xəbər verir ki, Tramp Ağ Evdə imzalama mərasimində deyib: “Mən Demokratlar və Respublikaçılara bir araya gəlib, Amerikanı birinci yerə qoyduqları üçün təşəkkürümü bildirirəm”.

Presedenti görünməmiş qanun layihəsi koronavirus epidemiyasının iqtisadi təsirlərini azalmaq məqsədilə zərər çəkmiş biznes və sənaye sahələrinə, eləcə də koronavirusa qarşı mübarizə aparan xəstəxanaların tibbi avadanlıqla təmin edilməsi üçün milyardlarla dollar vəsaitin ayrılmasını və orta sinif amerikalılara nağd pul verilməsini nəzərdə tutur.

Hərtərəfli qanun layihəsi çərşənbə günü Senat tərəfindən təsdiq edildikdən sonra Nümayəndələr Palatasında səsə qoyulub.

Nümayəndələr Palatasındakı Demokratlar və Respublikaçılar səsvermə prosedurunun dəyişdirilməsinə çalışan Respublikaçı qanunverici Tomas Massinin şikayətini rədd edərək, qanun layihəsini demək olar yekdilliklə təsdiq edib.

Bundan öncə də partiya rəhbərliyinə qarşı çıxan Massi Twitter səhifəsində qanun layihəsində “kənar xərclərin” nəzərdə tutulduğunu və Mərkəzi Banka geniş səlahiyyətlər verildiyini bildirib. Prezident Tramp isə Twitter səhifəsində konqresmenin Respublikaçılar Partiyasından çıxarılmasına çağırıb.

Konqres tərəfindən indiyə qədər qəbul edilmiş 2.2 trilyon dollarlıq ən böyük iqtisadi yardım paketi üç həftə ərzində amerikalılara birbaşa ödənişlərin edilməsinə imkan verəcək.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Konqresdə iqtisadi yardıma dair qanun layihəsini imzalayır. 27 Mart, 2020.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Konqresdə iqtisadi yardıma dair qanun layihəsini imzalayır. 27 Mart, 2020.

Qanun layihəsində koronavirus epidemiyasının yayılması nəticəsində ən çox zərər görmüş ABŞ şirkətləri üçün 500 milyard dollar ayrılıb. Daha 367 milyard dollar isə işçilərinin sayı 500-dən aşağı olan kiçik bizneslər üçün nəzərdə tutulub. Yardım paketində 250 milyard dollar son iki həftə artan işsizliyə görə müavinətləri təmin edəcək.

Keçən həftə işsizliyə görə müavinət almaq üçün rekord 3.3 milyon nəfər müraciət edib.

Daha 150 milyard dollar koronavirus pasiyentləri ilə dolu olan xəstəxanalara yardım üçün nəzərdə tutulub.

İqtisadi yardım paketində dörd nəfərdən ibarət amerikalı ailələrə 3400 dollara qədər maliyyə ayrılıb. Bu ödənişlər ABŞ-da ailələrin təxminən 90 faizini əhatə edəcək.

Rəsmilər üç həftə ərzində çeklərin ailələrə göndərilməyə başlayacağını bildirib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO