ABŞ-da etirazçılar Ağ Evin yaxınlığında bu ölkənin bayrağını yandırıblar.
Rakus.az xəbər verir ki, görüntülər “Twitter”də yayımlanıb.
Xatırladaq ki, ötən gün baş tutan prezident seçkilərindən sonra ABŞ-ın bir sıra şəhərlərində vəziyyət gərgin olaraq qalır.
Seçkinin nəticələrindən narazı olan insanlar müxtəlif şəhərlərdə etiraz aksiyaları təşkil ediblər.