Elm və təhsil 31.05.2019 16:09

Ağaoğlunun yubileyi Şuşa məktəbində keçirildi - FOTO

 

Əhməd bəy Ağaoğlu Azərbaycanın ictimai-siyasi fikir tarixindı islahatçı, ictimai xadim, siyasıtçi, filosof, sosioloq, jurnalistika nəzəriyyəçisi, fəal publisist, tərcüməçi, yazıçı, ədəbiyyatşünas-tənqidçi, şərqşünas, teoloq-inlamşünas kimi tanınır. Azərbaycan Respublikasının prezidenti cənab İlham əliyev Əhməd bəy ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında 10 aprel 2019-cu il tarixli Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq Bakının Yasamal rayonunda yerləşən 189 yaşlı 1 nömrəli Şuşa orta məktəbində böyük publisist, alim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı tədbir keçirildi. Mətbuat Şurası, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə reallaşan tədbirdə Milli Məclisin deputatları, Mətbuat Şurasının əməkdaşları və BDU-nun Jurnalistika fakültəsinin professor, müəllim, tələbə heyəti, ziyalılar, Şuşa rayon ictimaiyyəti və Əhməd bəy Ağaoğlu nəslinin nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçıları dahi Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürasının sədaları altında qarşılandılar. 8 yaşlı şagirdin “Turacı”(bu adı Qarabağ xanı İbrahim xan qoyub) rəqsi, Şuşa Rəsm Qalerayasının(rəssam Rövşən Bayramov) təqdim etdiyi Şuşanın rəsm əsərlərindən, həmçinin şagirdlərin əl işlərindən ibarət sərgi şuşalıların Azərbaycan mədəniyyətini bu gün də fəxrlə təmsil etdiklərini bir daha təsdiqlədi.

Tədbir Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında ədəbi-bədii kompozisiya və Emin Məmmədlinin ifasında “Ey vətən” mahnısı ilə başladı. Şuşa Rayon İcra Hakimiyyətinin müavini Vüsalə Fətəliyeva tədbiri açıq elan edib.

BDU-nun Jurnalistika fakültəsinin mətbuat tarixi və ideoloji iş kafedrasının professoru Nəsiman Yaqublu məruzə ilə çıxış etdi. Məruzəçi Əhməd Ağaoğlunu öz fəaliyyəti ilə bütün Türk və İslam dünyasında ilk dəfə Avropaçılıq hərəkatının əsasını qoymuş və müasir Avropa liberal dəyərlərini ictimai-siyasi mühitə gətirmiş bir şəxsiyyət kimi təqdim etdi. Əhməd bəyin publisistikasını yüksək qiymətləndirən tədqiqatçı-alimin fikrincə, Əhməd bəy Ağaoğlunun əsərlərinin külliyatının toplanıb, çap edilməsi onun 150 illik yubileyində görüləcək ən böyük işlərdən biri olar.

Azərbaycan Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov çıxışında qeyd etdi ki, XIX-XX əsrdə Əhməd bəy Ağaoğlu kimi mütəfəkirlərin yetişməsində o vaxtkı mühitin də mühüm rolu olub. “Mühüm və əhəmiyyətli faktdır ki, Əhməd bəy Ağaoğlu Şuşada anadan olub. Şuşada təhsil alan orada təhsil alan  şəxsiyyətlərimiz kifayət qədərdir. Biz onların hər biri ilə fəxr edirik. İnanırıq ki, torpaqlarımız ən yaxın gələcəkdə azad olacaq və biz növbəti yubiley tədbirlərini orada keçirəcəyik.”

Qaçqınların və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vurğuladı ki, müstəqilliyimizi qoruyub saxlamaq, firəvan gələcəyimizi təmin etmək üçün Əhməd bəy kimi şəxsiyyətlərin qoyduqları  irslərdən bəhrələnmək, onların yazıları ilə tanış olmaq olduqca vacibdir.

Sonra söz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri professor, filologiya elmləri doktoru Cahangir Məmmədliyə verildi. O, uzun müddət Atatürkün müşaviri kimi çalışan Əhməd bəyin zəngin publisistikasından danışaraq nəzərə çatdırdı ki, həmin məqalələrin hər birində dövrün ən mühüm problemləri, ictimai-siyasi hadisələri qeyd olunub. BDU-nun mətbuat tarixi kafedrasının əməkdaşlarının Əhməd bəy Ağaoğlunun irsini araşdırdığını söyləyən professorun fikrincə, bu, həm də tarixi həqiqətlərin ortaya qoyulması, Şuşanın və digər işğal altında olan torpaqlarmızın azad edilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək bildirdi ki, Əhməd Ağaoğlunun 150 illik yubileyinin Şuşa məktəbində keçirilməsi heç də təsadüfi deyil. Ona görə ki, Əhməd bəy məhz həmin məktəbdə oxuyub, təhsil alıb.  “Biz xüsusi bir günə yığışmışıq. Bu cür tədbirlərin keçirilməsi vacibdir. Beləliklə, həm də yetişməkdə olan gənc nəsil öz tarixi şəxsiyyətlərini tanıyır”-deyə Əflatun Amaşov əlavə etdi.

 

BDU-nun Jurnalistika fakültəsinin televiziya və radio jurnalistikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədli çıxışı zamanı dedi ki, Şuşa təkcə Azərbaycanın musiqi beşiyi kimi tanınmır. Şuşa həm də görkəmli dövlət və siyasət xadimləri, diplomatları, müxtəlif peşə sahəsində məşhur olan insanları ilə tanınır. Onlardan biri də elə Əhməd bəy Ağayevdir. Professor onu da nəzərə çatdırıb ki, Əhməd bəy əsl vətəndaş jurnalist idi.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında 10 aprel 2019-cu il tarixli Sərəncamının əhəmiyyətindən danışdı və arzu etdi ki, növbəti yubiley tədbirləri məhz Şuşada keçirilsin. Onun sözlərinə görə, bu, bizim Əhməd bəy Ağaoğluna qarşısında vəzifə borcumuzdur.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Əhməd bəy Ağaoğlunun şəxsiyyətindən söz açdı və vurğuladı ki, indi olduğu kimi yaşadığı dövrdə də ona böyük ehtiram, hörmət var idi. Bunu Əhməd bəyin şəxsiyyəti ilə əlaqələndirən baş redaktor üzünü gənclərə tutaraq onlara tövsiyə edib ki, Əhməd bəy Ağaoğlunu həm də bir şəxsiyyət kimi öyrənsinlər.

Daha sonra BDU-nun jurnalistika fakültəsinin professorları – Qulu Məhərrəmli, Alxan Məmmədov, mətbuat tarixi kafedrasının dissertantı Rüxsarə Məmmədova çıxış edərək Əhməd bəy Ağaoğlunun yaradıcılığının ayrı-ayrı məqamlarına toxundular.

Əhməd bəy Ağaoğlu nəslinin nümayəndəsi Rövşən Ağayev Əhməd xatirəsini yad etdiklərinə görə tədbir təşkilatçılarına və qonaqlara minnətdarlıq etdi.

Sonda mətbuat tarixi kafedrasının dosenti, tədbirin təşkilatçılarından biri olan Aygün Əzimova qeyd etdi ki, Əhməd bəy Ağaoğlunun adı orta məktəb dərsliklərinə salınmalı, dahi publisist haqqında şagirdlərə məlumat verilməlidir.  “Bu məktəbdə Üzeyir Hacıbəyli, Firudin bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Haşım bəy Vəzirov kimi şəxsiyyətlər yetişdirib. Əhməd bəy Ağaoğlu da onlardan biridir. Gün gələcək biz növbəti yubileyləri Qarabağda, Şuşada qeyd edəcəyik.”-deyə natiq əlavə etdi.

Çıxışının sonunda bir daha mərasimin əhəmiyyətini qeyd edən Aygün xanım qonaqlara öz təşəkkürü bildirdi.

Tədbir Qarabağ şikəstəsi ilə başa çatdı .

Kənan Novruzov

 

XƏBƏR LENTİ
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO
Siyasi, Sosial / 21.11.2025 23:38
“Yerli ermənilər bizə deyirdilər ki, Gorus, Qafan erməniləri qorxuludur” - FOTO - VİDEO
Sosial / 21.11.2025 14:22
Meğriyə qovuşub torpağımı öpəcəm – Elmira Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 20.11.2025 23:26
“Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır” - VİDEO
Siyasi / 20.11.2025 14:22
Ermənistan iki hissəyə bölünəcək – ANONS - VİDEO