Frensis Nqannu qarışıq döyüş növü üzrə ağır çəkidə UFC-nin yeni çempionu olub.
Rakus.az xəbər verir ki, təşkilatın rəsmi saytında yerləşdirilən məlumata əsasən, o, artıq görüşün ikinci raundunda rəqibi Stipe Moçiçi nokauta göndərib.
Məlumata əsasən, görüş Las-Veqasda keçirilib.
Qeyd olunur ki, Nqannunun növbəti rəqibi Con Cons olacaq.