Elm və təhsil 08.10.2024 21:56

Ağkənd və Agğöl – türk tarixinin izi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Adı dəyişdirilib Ağncazor və Aşotavan qoyulan Ağkənd” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə ermənilərin “addəyişmə terroruna” məruz qalan Ağkənd, Agğöl toponimləri və Ağgöl hidronimləri haqqında söz açılır.

Bildirilir ki, tarix boyu Qərbi Azərbaycan toponimləri erməni vandalizminin hədəfinə çevrilib, kəndlərinin tarixçəsi, əhalisinin deportasiyası və adlarının dəyişdirilməsi prosesi ardıcıllıqla davam edib.

AĞKƏND – Zəngəzur mahalının Qafan rayonu ərazisində kənd olub və XX əsrin əvvəllərində ləğv edilib.

AGKƏND – Dərələyəz mahalının Keşişkənd, indiki Yeğeqnadzor rayonunda yerləşən kənddə 1831-ci ildən 1916-cı ilədək yalnız azərbaycanlı yaşayıb. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq qovulub. Ermənilər buraya 1923-1925-cı illərdə köçürülüblər. Azərbaycanlılar isə 1948-1949-cu illərdə də zorla köçürülüblər. 1968-ci il iyulun 3-də adı dəyişdirilib Ağncazor qoyulub.

AĞKƏND – Zəngəzur mahalının Sisyan rayonunda yerləşən kənddə  1828-ci ilə kimi azərbaycanlılar yaşayıb. 1828-1829-cu illərdə İranın Xoy və Salmas vilayətlərindən köçürülən ermənilər bu kənddə yerləşdirilib və azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunub. 1948-ci il aprelin 17-də adı dəyişdirilib Aşotavan qoyulub.

AĞGÖL – Zəngəzur mahalının Qafan rayonunda kənd və göl adıdır. Kəndin adı ərazidəki eyni adlı göldən götürülüb. «Keyfiyyətli, içməyə yararlı» mənasında işlənən “ağ” sözünə göl coğrafi nomeninin artırılması yolu ilə düzələn mürəkkəb quruluşlu hidronimdir və erməni mənbələrində Berandzov, yəni Ağız gölü formasında qeyd edilir.

AĞGÖL – Zəngibasar mahalının eyni adlı rayonu, indiki Masis rayonunun Çobankərə kəndində göl və qoruq adıdır. 1939-1940-cı illərdə Çobankərə kəndi ilə Eçmiədzin şəhəri arasında IV sovxozun salınması ilə əlaqədar göl qurudulub, qoruq isə ləğv edilib.

Sonda vurğulanır ki, Qərbi Azərbaycanın qədim türk-oğuz mənşəli toponimlərin adları və mənşəyi haqqında tarixi faktlar, bu yerlərin acı taleyi heç vaxt unudulmur: “Toponim oğruları”nın məhv edə bilmədiyi Azərbaycan izləri, adlar bir neçə dəfə dəyişdirilsə də, həqiqətlər dəyişmir. Həqiqət isə Qərbi Azərbaycanın qədim türk-oğuz yurdu olması və qəlblərdə yaşamasıdır”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında oktyabrın 8-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO