Aİ Krımda keçirilən seçkiləri tanımadı
Avropa İttifaqı (Aİ) Krımda keçirilən seçkiləri tanımır.
Rakus.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə sözçüsü Maya Kosyançiçin yaydığı bəyanatda bildirilib.
“Sentyabrın 8-də Rusiyada və Krımda yerli və regional seçkilər keçirilib. Aİ Krım və Sevastopolun Rusiya Federasiyası tərəfindən qeyri-qanuni ilhaqını tanımır və beynəlxalq hüququn pozulmasını qınamağa davam edir. Aİ Krım yarımadasında keçirilən seçkiləri tanımır. Krım yarımadasında seçkilərdə qalib gələn Krım və Sevastopol əhalisini təmsil etdiyini iddia edən istənilən şəxs Ukraynaya məxsus bu ərazilərin təmsilçisi kimi qəbul edilməyəcək. Aİ Ukraynanın ərazi bütövlüyünü və suverenliyinü qətiyyətlə dəstəkləməyə davam edir”, – deyə bəyanatda bildirilib.