Elm və təhsil 04.04.2020 13:38

Akademik Hüseyn Əhmədov 94 yaşında vəfat edib

Azərbaycan pedaqoji ictimaiyyətinə ağır itki üz verib.

Rakus.az xəbər verir ki, əməkdar ali məktəb işçisi, Prezident təqaüdçüsü, akademik Hüseyn Əhmədov 94 yaşında vəfat edib.

Hüseyn Mustafa oğlu Əhmədov 17 iyul 1926-cı ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunun Toxluca kəndində anadan olub. Ailəsi ilə birlikdə 1936-1940-cı illərdə İrəvan yaxınlığındakı Kənəkir rayonunun Göykilsə kəndinə köçüb, 1939-cu ildə orada 7-ci sinfi, Kənkan kəndində 8-ci sinfi bitirib. 1943-cü ildə IX sinfi bitirdikdən sonra Toxluca kənd məktəbinin ibtidai siniflərində dərs deyib.

H.Əhmədov 1973-cü ildə “Azərbaycan SSR qabaqcıl maarif xadimi”, 1977-ci ildə “SSRİ maarif əlaçısı” döş nişanları, 1985-ci ildə Ümumittifaq “Bilik” cəmiyyəti idarə heyəti tərəfindən “Fəal işinə görə” döş nişanı ilə təltif edilib. 1981-ci ildə ona “Azərbaycan SSR əməkdar ali məktəb işçisi” fəxri adı verilib,1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib.

O, 1990-cı ildə SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, həm də Beynəlxalq PEA-nın həqiqi üzvü seçilib. 1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın “Y.A.Komenski adına Böyük Qızıl Medalı” ilə, 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Türk dünyasına hizmet” qızıl medalı ilə təltif edilib. 2006-cı ildə “El gücü” Beynəlxalq Humanitar Assosiasiyasının qərarı ilə Heydər Əliyev adına “Əsrin Akademiyası”na həqiqi üzv qəbul olunub. H.Əhmədov 2006-cı ildə Amerika Beynəlxalq Ekspert və Bioqrafiya Araşdırmalar İnstitutu tərəfindən “Pedaqogika elminin məharətli bilicisi” elan edilib.

2007-ci ildə Rusiya Elm və Təhsil Nazirliyi tərəfindən “K.D.Uşinski”, 2011-ci ildə Pusiya Təhsil Akademiyası tərəfindən elmdəki nailiyyətlərinə görə Qızıl medal ilə mükafatlandırılmışdır. 2007-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür. Mühasibə və əmək veteranı olan Hüseyn Əhmədov “Böyük Vətən müharibəsində (1941-1945-ci illər) rəşadətli əməyə görə” (1946) medalı, “Böyük Vətən müharibəsində qələbənin 50 illiyi” döş nişanı, “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi” yubiley medalı ilə təltif olunub.

Onun “Seçilmiş əsərləri”nin Azərbaycan və rus dillərində 29 cildliyi nəşr olunub.

Allah rəhmət eləsin!

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO