Elm və təhsil 12.03.2025 22:29

“Ərməniyyə, Armeniya, Ermənistan ifadəsi sonralar qədim xəritələrə əlavə edilib” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənilər yəhudi və ərəblərin əcdadlarını öz adına çıxdı” adlı veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə Alban mənbələrində ermənilərin işğalçı yaddilli kimi göstərilməsindən, hayların yəhudi irsinə iddia etməsindən danışıb.

O deyib ki, tarixçi Musa Kalankatlunun əsərinə erməni əhvalatları çox sonralar yamaq edilib: “Albaniya tarixi”nə bu əlavələr edilib ki, ərazilərə sahib çıxsınlar. Məşhur ermənişünas alim ermənilərin əfsanələrini ifşa etdi. Albanlarda ermənilər haqqında əfsanə olmayıb. Erməni keşişləri albanlar haqqında əfsanələr uydururdular. Heç bir albandilli mənbədə ermənilərdən, qohumluqdan bəhs olunmur. Alban mənbələrində ermənilər işğalçı yaddilli kimi göstərilib. Bütün mənbələr  Qərbi Azərbaycanın sahibi müasir Azərbaycan xalqı olduğunu sübut edir. Qafqazda Ərməniyyə, Armeniya, Ermənistan ifadələri tarixən olmayıb. Ərməniyyə, Armeniya, Ermənistan ifadəsi sonralara qədim xəritələrə əlavə edilib. Bu ifadələrin haylara heç bir aidiyyatı yoxdur. Haylar Aramina ölkəsində məskunlaşıb, oranın adına, tarixinə sahib çıxıblar. Tarixçi şərqşünas İqor Dyakonov sübut edir ki,  haylar Şərqi Anadoluya gələndən sonra o ərazidə Armeniya ifadəsi ortaya çıxır”.

 

Onun sözlərinə görə, ermənilər Yunan mənbələrinə Arminanı, Armeniya kimi  daxil olandan sonra iddialar qaldırdılar: “Yunanlar Arminanı Armeniya kimi qeyd edəndən sonra ermənilərin bu ada iştahası yarandı. Ermənilər yəhudi irsinə iddia edirlər. Ermənilər yəhudi və ərəblərin əcdadlarını öz adına çıxdı. Ermənilər Süryani kilsəyə iddia həyasızlığı ediblər. Suriya kilsəni mənimsəyən ermənilər, eyni əməli Qafqazda Alban məbədlərinə qarşı etdilər. Haylar özlərinə erməni adını götürüb, başqa toplumun tarixini mənimsədilər. İlk dəfə Armeniya adı Armina kimi e.ə 522-ci ildə Bistun kitabəsində qeyd olunub. Armina arameylərin Fərat çayının yuxarı hövzəsində saldıqları koloniya adıdır. I Dara Armin ölkəsindən götürdüyü əsgərlər erməni yox, arameyilər idi. Bisutun yazılarında Mada, İskit və Turan ölkələrinin adı qeyd olunub. Üç min əvvəl Zərdüşt kəbəsində Turan ölkəsi və sakinlərinin adı qeyd olunub. Qədim yunan tarixçiləri Armina ilə Frakiyadan gələn arminoslarla qarşıdırmamağı qeyd ediblər”.

R.Əlizadə bildirib ki, qədim yunan tarixçisi və coğrafiyaşünası Milletli Hekatey 2500 il əvvəl yazdığı erməni tarixçilərinin yalanını ifşa etdi: “Herodot arminosların Anadoluya Balkan yarımadasından gəldiyini yazıb. Haylar Şimali Hindistandan Balkanlara, oradan frakiyalılarla birgə Anadoluya köçüblər. Hind-avropa miqrasiyası zamanı haylar Hindistandan Balkan ərazisinə gediblər. Avropa və ABŞ-də olan erməni tarixçiləri gerçək yalanları ifşa etdikləri üçün İrəvana buraxılmırlar. Erməni alimi Qarsoyan Xorenlinin, Buzandın yazdıqlarının cəfəngiyyat olduğunu sübut edib. Erməni tarixçisi tarixdə Ermənistan adlı dövlətin adı olmadığını dediyinə görə İrəvandan qovuldu. Tanınmış erməni alimi Süni İrəvanın yerli sakinlərinin türklər olduğunu dediyinə görə İrəvandan qovuldu”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş 12-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO