Dünya 19.07.2019 14:58

Aleksandr Şirvindt 85 illiyini qeyd edir

İyulun 19-da məşhur aktyor, Moskva Akademik Satira Teatrının bədii rəhbəri, RSFSR-in Xalq artisti Aleksandr Şirvindtin 85 yaşı tamam olur. Aktyor bu dəfə də ənənəsinə sadiq qalaraq yubileyindən “qaçıb” və hazırda Balday gölündə balıq ovlayır.

Rakus.az xəbər verir ki, o, bunu telefonla TASS agentliyindən təbrik qəbul edərkən bildirib.

Aktyor deyib: “İndi Valdaydayam, yağış yağır, gölün sahilində oturmuşam və çapaq balıqlarının tilova nə vaxt gələcəyini gözləyirəm. Vəssalam, şüttamam! Bu da mənim bayramım”.

Aktyor “O, qonaq gözləyirmi?” sualına cavabında bildirib ki, ola bilsin, ailəsinin gənc üzvləri onu təbrik etməyə gəlsinlər. İctimai təntənələr barəsində isə qısaca deyib: “Oktyabrda teatrda yubiley tədbiri təşkil edərik”.

Satira Teatrının direktoru Məmməd Ağayev isə agentliyə müsahibəsində bildirib: “Aleksandr Aleksandroviç səs-küylü yubiley tədbirlərini sevmir. Şəxsən mən özüm onu təbrik etməyə gedəcəyəm. Şənliklərə gəldikdə isə razılaşmışıq ki, yeni mövsümdə, konkret desəm, oktyabrın 10-da üç yubileyi birdən – Satira Teatrının 95 illiyini, teatrın keçmiş bədii rəhbəri, məşhur rejissor Valentin Pluçekin anadan olmasının 110 illiyini və teatrın indiki bədii rəhbəri, misilsiz Aleksandr Anatolyeviç Şirvindtin 85 illiyini orijinal tədbirlə qeyd edəcəyik”.

Aleksandr Şirvindt 1934-cü il iyulun 19-da musiqiçi ailəsində anadan olub.

1956-cı ildə Şukinski məktəbini fərqlənmə ilə bitirib və Lenin Komsomolu adına Teatra dəvət olunub. 1968-ci ilə qədər burada çalışıb və 30 rol oynayıb. 1970-ci ildən Satira Teatrında çalışır, 2000-ci ildən doğma kollektivinə rəhbərlik edir. 1956-cı ildən kinoya çəkilir. Kinoda çox vaxt ikinci dərəcəli rollar almasına baxmayaraq, onun təkcə kadrda görünməsi həmin filmə uğur gətirib. Bunun üçün onun əfsanəvi “Taleyin istehzası” və “Ən məlahətli və cazibədar” filmlərində yaratdığı obrazları xatırlamaq kifayətdir.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO