Elm və təhsil 10.09.2020 15:00

Ali məktəblərdə II qrup üzrə yerlər boş qalacaq – AÇIQLAMA

II ixtisas qrupu üzrə ümumilikdə 13 min 800 yer ayrılıb, həmin yerlərə 13 min 442 abituriyent seçim edə bilər.

Rakus.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar canlı yayımda deyib.

O bildirib ki, bununla bağlı ətraflı məlumat “Abituriyent” jurnalının 4 saylı buraxılışında əks olunub:

“II ixtisas qrupu üzrə ümumilikdə 13 min 800 yer ayrılıb. Onlardan 12 min 795 əyani, 1005-i isə qiyabi yerlərdir. Jurnalda ötən il ilə müqayisədə plan yerləri və ixtisaslarla bağlı dəyişikliklər də qeyd olunub. Bu il II ixtisas qrupu üzrə “Beynəlxalq ticarət və logistika” ixtisası açılıb. Bu ixtisas üzrə 570 plan yeri ayrılıb. Məsələn, ötən il “Turizm və Otelçilik” ixtisası üzrə 1070 yer olub, bu il isə belə bir ixtisas artıq yoxdur. Amma turizmə aid iki ixtisas əlavə olunub. Onlardan biri 235 plan yeri ayrılan “Turizm bələdçiliyi” ixtisası və 990 plan yeri ayrılan “Turizm işinin təşkili” ixtisasıdır. Bu il təxminən ümumilikdə ayrılan 1200 plan yeri, ötən ilki 70 yeri əvəz edir”.

M.Abbaszadə həmçinin abituriyentlərin yığdıqları ballar üzrə seçim edə biləcəklərini qeyd edib:

“İlk növbədə regionlarda yoxsa paytaxtda oxumaq istədiyinizə qərar verib, daha sonra topladığınız bal əsasında yerlər seçməlisiz. Seçimi düzgün etməklə, keçid ballarını ötən ilki keçid balları ilə müqayisə etməklə uyğun ixtisasları seçə bilərsiz. Ümumilikdə II ixtisas qrup üzrə 13 min 800 yer ayrılıb ki, onlardan 12 min 795-i əyani yer, 1005-i isə qiyabi yerlərdir”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO