Elm və təhsil 24.09.2020 17:00

Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı – RƏSMİ

Ümumilikdə, bütün qruplar üzrə 5751 vakant yer qalıb. Onların da 3048-i II qrupun payına düşür.

Rakus.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, I qrupda Azərbaycan bölməsində vakant yerlər 1309-dur:

“Bu qrupda ümumi vakant yerlərin sayı 1762-dir. I qrupda Azərbaycan bölməsində 200 baldan yüksək nəticə göstərən və ali məktəbə qəbul ola bilməyən abituriyentlərin sayı 29 nəfərdir.

Əlavə yerləşdirmə zamanı ixtisas seçsələr, onlar hamısı universitetə qəbul ola biləcəklər. I qrupda 150-dən çox bal toplayanların sayı isə 2013 nəfərdir. Bu qrupda ali məktəbə qəbul ola bilməyən 1000-dən çox subbakalavr da var.

Rus bölməsində vakant yerlərin sayı daha çoxdur. Bu qrupda rus bölməsində 775 plan yerindən 176 plan yeri boş qalıb. Rus bölməsi üzrə 200 baldan yuxarı nəticə göstərib qəbul ola bilməyənlərin sayı cəmi iki nəfərdir.

Bu abituriyentlər də düzgün ixtisas seçsələr, qəbul ola biləcəklər. I qrupda rus bölməsində 150 baldan çox nəticə göstərənlərin sayı 123 nəfərdir”.

Sədr bildirib ki, II qrupda ümumilikdə vakant yerlərin sayı 3048 təşkil edir:

“Bu qrupda Azərbaycan bölməsində vakant yerlərin sayı 1727-dir. Bu qrupa 200 baldan yuxarı nəticə göstərən və kənarda qalan bir abituriyent belə yoxdur. 150 baldan yuxarı nəticə göstərib qəbul ola bilməyən 46 nəfər var. Bu qrupda ali məktəbə qəbul ola bilməyən 1500 subbakalavr var. Bu qrupda rus bölməsi üzrə boş qalan yerlərin sayı 299-dur”.

M. Abbaszadə əlavə edib ki, III qrupda vəziyyət, həmişə olduğu kimi, gərgindir:

“Bu qrupda ümumilikdə vakant yerlərin sayı 296 təşkil edir. Azərbaycan bölməsində boş qalan cəmi bir vakant yer var. Rus bölməsində 283 vakant yer qalıb. Birgə müsabiqə olunan yerlər üzrə 12 yer boşdur. III qrupda 200 baldan yuxarı nəticə göstərib kənarda qalan abituriyentlərin sayı 2157 nəfərdir.

III qrupda ali məktəbə qəbul ola bilməyən 2000-ə yaxın subbakalavr var, mənə elə gəlir ki, onlar əlavə yerləşdirmə üçün sənəd verməyə bilərlər. Bəlkə də, onlar rus bölməsi üzrə qəbul oluna bilərlər, amma Azərbaycan bölməsində şansları yoxdur”.

“IV qrupda ümumilikdə vakant yerlərin sayı 555-dir. Amma bu yerlərin əksəriyyəti kənd təsərrüfatı sahəsi üzrədir. Qalan vakant yerlərin 400-ü Azərbaycan, 51-i rus bölməsi üzrə, 104 yer isə birgə müsabiqə üçün təqdim olunub. IV qrupda Azərbaycana bölməsində 200 baldan yuxarı nəticə göstərib kənarda qalanların sayı 52 nəfərdir.

Onların da ali məktəbə qəbul olma şansları çox yüksəkdir. Rus bölməsində isə belə abituriyentlərin sayı 11 nəfərdir. Bu qrupda rus bölməsində təxminən 900 nəfər subbakalavr ali məktəbə qəbul ola bilməyib. Onlar da boş qalan yerlər üçün sənəd verə bilərlər”, – deyə DİM sədri vurğulayıb.

M.Abbaszadə deyib ki, V qrupda 90 boş vakant yer qalıb, bu yerlərin hamısı xüsusi qabiliyyət tələb edən ixtisaslardır:

“Onun 46-sı Azərbaycan, beşi rus bölməsi üzrə, 39-u birgə müsabiqə üçün təqdim edilib. Qabiliyyət imtahanları ləğv olunan bütün ixtisaslar üzrə yerlərin hamısı dolub”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO