Elm və təhsil 17.04.2020 13:52

Alimlər COVID-19 ilə bağlı tədqiqat apardılar - FOTO

Azərbaycan Respublikası ərazisində koronavirusla mübarizə çərçivəsində dövlət tərəfindən görülən tədbirlər davam etdirilir. 

Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiaysından (AMEA) məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində bir qrup Azərbaycan alimi – AMEA-nın Yüksək Texnologiyalar Parkının baş direktoru, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, BDU-nun professoru Rövşən Əliyev, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Hilalə Cəfərova Azərbaycan ərazisində COVID-19 virusunun yoluxma dinamikasının zamandan asılılığının müəyyən edilməsi ilə bağlı tədqiqat aparıblar.

Tədqiqat zamanı ehtimal nəzəriyyəsi və riyazi statistika, həmçinin riyazi modelləşdirmənin müasir metodları, eləcə də riyazi model vasitəsilə reqresiya analizdən istifadə olunub.

Alınmış nəticələr ölkədə tətbiq olunan karantin rejiminin öz müsbət təsirini göstərdiyini sübut edib. Tədqiqat nəticəsində müəyyən edilib ki, karantin rejimi tətbiq olunmadığı halda, koronavirusa yoluxanların sayı kəskin şəkildə artmaqda davam edə bilərdi.

Qurulmuş riyazi modelə əsasən, real statistikanın da təsdiq etdiyi kimi karantin rejimi çərçivəsində koronavirusa yoluxanların sayının azalma tendensiyasına keçdiyi təsdiq edilib.

Həmçinin tədqiqatların nəticəsi olaraq proqram təminatı hazırlanıb ki, bu da gələcəkdə karantin rejiminin müxtəlif variantlarının nəticələrinin proqnozlaşdırılmasında istifadə oluna bilər.

Qeyd edək ki, tədqiqat işində Azərbaycanla sərhəd ölkələrin də virusa yoluxma dinamikasının müqayisəsi təqdim olunub.

Beləliklə, qurulmuş riyazi model əksər ölkələr üçün də karantin rejiminin məhdudiyyət dərəcəsindən asılı olaraq koronavirusa yoluxma dinamikasının proqnozlaşdırılmasını mümkün edir.

Alimlərin fikrincə, qurulmuş riyazi modelə əsaslanaraq koronavirusa yoluxma dinamikasının karantin rejimindən asılılığı ilə yanaşı, digər faktorlardan – məsələn, xroniki xəstəliklərdən, yaş həddindən və s. asılılığı da tədqiq oluna bilər.

XƏBƏR LENTİ
Elm və təhsil, Siyasi / 26.06.2024 22:21
Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu - FOTO - VİDEO
Elm və təhsil / 26.06.2024 12:55
Rusların əli ilə erməniləşdirilən məkan – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 22:15
“Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb” - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.06.2024 18:38
“İrəvan üçün ən vacib addım seçimini Bakı və Ankaradan yana etməkdir” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 14:00
Türklərin at üstündə oxla döyüşməsinin sirri – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 25.06.2024 13:27
İrəvan üçün ən vacib addım – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 24.06.2024 22:06
“Xanlıqlar arasında birlik olsaydı, onların heç biri məğlubiyyətlə üzləşməzdi” - FOTO - VİDEO
Təhlil / 24.06.2024 17:13
Ermənistanın qurtuluşunun real yolları – TƏHLİL
Elm və təhsil, Sosial / 22.06.2024 22:54
Səlcuqların Kanlı qolunun məskunlaşdığı ərazi - FOTO - VİDEO
Siyasi, Sosial / 21.06.2024 21:36
“Deyirdilər ki, Göyçə gölü tərəfdən ermənilər gəlib sizi qıracaq” - FOTO - VİDEO
Siyasi / 21.06.2024 16:28
Dəyişməyən mövqelər – Prezidentlə dövlət katibinin telefon danışığı – TƏHLİL
Maraqlı, Sosial / 21.06.2024 14:09
“Atam Vətən həsrətinə dözə bilmədi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 20.06.2024 22:44
“Bakı və Ankara Qərbi Azərbaycana qüvvələr göndərə bilər” - FOTO - VİDEO
Təhlil / 20.06.2024 15:39
Uğur əldə edə bilməyəan hərəkat – Baqratdan qopmalar – TƏHLİL
Təhlil / 20.06.2024 13:47
Qərbi Azərbaycan: Kipr modeli – ANONS
Siyasi, Sosial / 19.06.2024 22:44
Andranikin vəhşiliklər törətdiyi oğuz yurdu - FOTO - VİDEO
Siyasi / 19.06.2024 13:50
Ərazisi 5 dəfə bölünən rayon – ANONS - VİDEO
Gündəm / 18.06.2024 22:48
“İrəvan Respublika Meydanının kabusu-gizlədilmiş həqiqətlər” - FOTO - VİDEO
Gündəm / 18.06.2024 18:30
“Adəm də, Makedoniyalı İsgəndər də, Napoleon da ermənidir?!” - VİDEO
Siyasi, Sosial / 18.06.2024 12:49
“İrəvanda Respublika Meydanının kabusu – ANONS
Siyasi / 18.06.2024 12:27
“Nə üçün Puşkin “sən qorxaqsan, sən qulsan, sən ermənisən” deyib?” – ANONS
Elm və təhsil / 17.06.2024 18:51
Sona Abbasəliqızı Gürcüstan Yazıçılar Birliyinin üzvü seçilib - FOTO
Maraqlı, Sosial / 15.06.2024 22:19
Ağkilsədə ağ daşdan tikələn kilsə üzərində Alban yazısı - FOTO - VİDEO
Sosial / 15.06.2024 14:20
Aşıq Ələsgərin yurdunun tarixi və irsi – ANONS - VİDEO
Maraqlı, Mədəni, Sosial / 14.06.2024 21:41
“Doğma Göyçədə toy edib, qız köçürmək bizə qismət olmadı” - FOTO - VİDEO
Elm və təhsil, Təhlil / 14.06.2024 14:14
“Son zəng”: Azərbaycan adına böyük işlərə çağırış – TƏHLİL