Elm və təhsil 01.09.2020 18:00

Alimlər koronavirusla bağlı tədqiqat apardılar

Yeni növ koronavirusla (COVID-19) aparılan eksperimentlər nəticəsində məlum olub ki, bu virusun hissəcikləri müxtəlif səthlərdə yazda və payızda orta hesabla 17-30 saat, yayda 2-5 saat arasında qala bilir. Tədqiqatın nəticələri “bioRxiv” elektron elmi kitabxanasında dərc edilib.

Rakus.az xəbər verir ki, tədqiqatçılar yeni yoluxma hallarına yol verilməməsi üçün şəxsi gigiyenaya yüksək səviyyədə riayət olunmasını və potensial yoluxma səthlərində müntəzəm dezinfeksiya işləri aparılmasını tövsiyə edirlər.

Kanzas Universitetinin (ABŞ) professoru Yurgen Rixtin rəhbərliyi ilə Amerika epidemioloqları və bioloqları SARS-CoV-2 virusu hissəciklərinin müxtəlif iqlim şəraitində və temperaturda qala bilməsini izləyiblər. Tədqiqatçılar koronavirus hissəciklərini müxtəlif səthlərə, o cümlədən tibbi əlcək və maskalar, beton, karton, plastik və poladın üstünə qoyublar. Bundan sonra alimlər onları hermetik kameralarda yerləşdiriblər. Həmin kameralarda yaz, yay, payız, habelə qızdırılmış otaq üçün səciyyəvi olan temperatur və rütubət olub.

Alimlər viruslardan vaxtaşırı nümunələr götürərək onların yaşama qabiliyyətini öyrəniblər. Məlum olub ki, yay vaxtı virus, həqiqətən də, kifayət qədər tez yoxa çıxıb. Belə ki, onu bütün növ materialların səthinə qoyduqdan sonra 2-5 saat ərzində yaşama qabiliyyətini itirib.

Lakin payız və ya yaz üçün tipik şəraitdə viruslar yay ilə müqayisədə 5-6 dəfə çox müddət ərzində mövcud olublar. Maraqlı odur ki, parça və beton səthdə qalmaq virus hissəcikləri üçün çox çətin olub, plastik və karton üstündə isə istənilən iqlim şəraitində daha çox qalıblar.

Tədqiqatçılar hesab edirlər ki, bu xüsusiyyətlər səthlərin dezinfeksiyası, maskaların utilizasiyası və xəstələrin geyimlərinin təmizlənməzi zamanı nəzərə almaq lazımdır.

XƏBƏR LENTİ
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu?
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO