Dünya 02.10.2020 22:35

Almaniyada deputatlar Azərbaycanı dəstəklədi

Almaniya Bundestaqının (parlament) hakim Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının deputatları – Xarici siyasət komitəsinin üzvü, fraksiyanın Şərq Tərəfdaşlığı üzrə məruzəçisi Nikolas Löbel və Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvü Eberhard Qinqer münaqişəyə dair bəyanat yayıblar.

Rakus.az xəbər verir ki, bəyanatda deyilir:

“Dağlıq Qarabağ uğrunda hərbi əməliyyatlarda 25.000 insan həlak olub və bir milyon insan qaçqın düşüb. Bu müharibənin gedişində Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin təxminən 5%-ni təşkil edən Dağlıq Qarabağla yanaşı Azərbaycanın 7 ətraf rayonunu da işğal edib. Azərbaycanın dövlət ərazisinin hissələrinin hərbi işğalı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsində (822, 853, 874 və 884 saylı) pislənilib. Hazırda Azərbaycanın dövlət ərazisinin təqribən 20%-i Ermənistanın işğalı altındadır.

Beynəlxalq ictimaiyyət hələ də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir. Almaniya və Avropa İttifaqının (Aİ) mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli yalnız sülh yolu ilə ola bilər. Almaniya və Aİ qondarma “Dağlıq Qarabağ Respublikası”nı və bu rejimin keçirdiyi “seçkiləri” tanımır.

1992-ci ildən bəri ATƏT-in Minsk Qrupu bu dondurulmuş münaqişənin həllinə çalışır. Təxminən 30 il davam edən vasitəçilik cəhdlərinə baxmayaraq status kvonun aradan qaldırılmasına yönələn səylər nəticəsiz qalıb. 1994-cü ilin mayından mövcud olan atəşkəs xəttində daim günahsız insanların ölümü ilə nəticələnən toqquşmalar baş verir.

BMT Xartiyasının 2-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə üzv dövlətlər beynəlxalq mübahisələri yalnız dinc yollarla həll etməlidirlər ki, dünyada sülh, beynəlxalq təhlükəsizlik və ədalət təhlükə altına düşməsin. BMT-nin bütün üzv dövlətləri öz beynəlxalq münasibətlərində dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı yönələn yaxud BMT-nin məqsədlərinə uyğun gəlməyən güc tətbiqi və güclə hədələməkdən əl çəkməlidirlər.

Almaniya həm Ermənistan, həm də Azərbaycan üçün etibarlı tərəfdaş olmaq istəyir. Beynəlxalq hüquqa söykənən ümumi standartlar əsasında anlaşma Cənubi Qafqaz ölkələri ilə münasibətlər üçün şərtdir. Buraya yuxarıda qeyd edilən BMT qətnamələrinə uyğun olaraq fundamental prinsiplər kimi xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxulmazlığı aiddir. Hər iki tərəf Cənubi Qafqazda sülh, demokratiya və sabitliyin gücləndirilməsi məqsədilə işğal edilmiş ərazilərdə yaranmış beynəlxalq hüquqa zidd vəziyyətin aradan qaldırılması və razılaşdırılmış həllin tapılması üçün töhfə verməyə çağırılır(https://www.nikolas-loebel.de/voelkerrechtswidrigen-zustand-in-berg-karabach-beenden-friedliche-loesung-des-konflikts-suchen/)”.

Bundan başqa, digər deputat Nikolas Löbel bəyanatı öz “Tvitter” səhifəsində aşağıdakı şərhləri yerləşdirib:

“Biz Dağlıq Qarabağdakı beynəlxalq hüquqa zidd vəziyyətə son qoymalıyıq və münaqişənin sülh yolu ilə həllinə ehtiyac duyuruq. Ermənistan və Azərbaycan Cənubi Qafqazda demokratiya və sabitliyin yaradılması üçün danışıqlar masasına oturmalıdırlar(https://twitter.com/NikolasLoebel/status/1312006757795889152)“.

CDU/CSU fraksiyasının digər deputatı Olaf Quttinq öz tvitter səhifəsində bu bəyanatı bölüşərək ona qoşulduğunu bəyan edib:

“Həmkarlarımla tamamilə razıyam. Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd vəziyyətə son qoyulmalı və münaqişə sülh yolu ilə həll olunmalıdır”. (https://twitter.com/olavgutting/status/1312010117953581056)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO