Almaniyanın Frankfurt şəhərində polis hökumətin COVID-19 məhdudiyyətlərinə etiraz edən nümayişçilərə qarşı təzyiqli su şırnaqlarından istifadə edib.
Rakus.az xəbər verir ki, bu barədə şəhərin polis idarəsinin rəsmi “Twitter” səhifəsində məlumat verilib.
Maska taxmayan və sosial məsafə qaydalarına məhəl qoymayan yüzlərlə nümayişçi şəhərin mərkəzinə toplaşıb.
Çoxsaylı xəbərdarlıqlardan sonra polis aksiyanı dağıtmaq məcburiyyətində qalıb.