Dünya 10.01.2020 19:54

Almaniyanın 2 aviaşirkəti Tehrana uçuşları dayandırdı

Almaniyanın “Lufthansa” aviakompaniyası təhlükəsizlik səbəbindən yanvarın 20-dək Tehrana uçuşları dayandırmaq qərarına gəlib.

Rakus.az xəbər verir ki, bu barədə kompaniyanın yanvarın 10-da yayılmış bəyanatında bildirilir.

“Lufthansa” Tehrana uçuşları Frankfurt-Mayn şəhərindən həyata keçirirdi. Kompaniya Ukrayna təyyarəsinin qəzaya uğraması barədə xəbərdən sonra İranın paytaxtına uçan təyyarəsini geri çağırıb.

“Austrian Airlines” aviakompaniyası da Vyanadan Tehrana uçuşları yanvarın 20-nə qədər ləğv etdiyini bildirib.

Avstriyanın Xarici İşlər Nazirliyi yanvarın 6-da Bağdaddakı səfirliyini bağlamış, vətəndaşlarına İraqa getməməyi tövsiyə etmiş, yanvarın 8-də isə vacib olmadığı təqdirdə İrana səfər etməməyə çağırmışdı.

Regionda vəziyyət yanvarın 3-də Amerikanın İraq ərazisinə endirdiyi raket zərbələrindən sonra gərginləşib. Yanvarın 8-də gecə saatlarında İran ABŞ-ın İraqdakı hərbi bazalarını atəşə tutub. Həmin gün səhər isə Tehran-Kiyev reysini həyata keçirən “Boeing-737” təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Qəza zamanı Ukraynaya məxsus təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub. Təhqiqatın nəzərdən keçirdiyi versiyalar arasında təyyarənin səhvən İranın “yer-hava” tipli raketi ilə vurulması ehtimalı da var.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO