Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə qarşı sui-qəsd təşkil edilib.
Rakus.az xəbər verir ki, bu barədə onun köməkçisi Gündüz Joldubayeva məlumat yayıb.
“Keçmiş prezidentin avtomobili güllə atəşinə tutulub. Almazbek Şarşenoviş xəsarət almayıb”, – eks prezidentin köməkçisi yazıb.
A.Atambayevin “Mercedes” markalı gülləkeçirməz avtomobildə olduğu bildirilib.
İnsidentə münasibət bildirən A. Atambayev qeyd edib ki, məqsəd onu fiziki olaraq zərərsizləşdirmək olub.