Elm və təhsil 22.09.2020 21:00

AMEA deputatlara MÜRACİƏT etdi

“Ötən həftə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası haqqında verdiyi qərəzli bəyanat elmi ictimaiyyətin haqlı narazılığı ilə qarşılanıb. Təbii ki, elmdən tamamilə uzaq olan bu şəxsin Akademiya və alimlərimiz haqqında dedikləri AMEA-da bütövlükdə Milli Məclisin mövqeyi kimi qəbul olunmur. Ancaq Milli Məclisin sədr müavini olan bir şəxsin Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı Elmlər Akademiyası barəsində dilə gətirdiyi xoşagəlməz ifadələr bizi dərindən narahat etməkdədir”.
Rakus.az xəbər verir ki, bu fikirlər AMEA YAP ərazi təşkilatının üzvləri adından Akademiya YAP ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanovanın Milli Məclisin deputatlarına müraciətində yer alıb.

U.Qurbanova qeyd edib ki, bu gün bütün sahələrdə olduğu kimi, Milli Elmlər Akademiyası sistemində də bir sıra problemlər və çatışmazlıqlar var:

“Lakin bütün bunlara baxmayaraq, çatışmazlıqların aradan qaldırılması, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmimiz qarşısında qoyduğu strateji vəzifələrin həyata keçirilməsi üçün AMEA kollektivi fədakarcasına çalışmaqda davam edir.

Çox maraqlıdır, görəsən Adil Əliyevin özü alimlərə verilən əmək haqqı müqabilində işləməyə razı olarmı? Əgər Adil Əliyevi doğrudan da elmimizin gələcəyi bu qədər narahat edirsə, ötən illər ərzində o, nə səbəbdən Milli Məclisdə bir dəfə də olsun alimlərimizin, ümumilikdə AMEA-nın problemlərini qaldırmayıb. Əksinə, bəzi deputat həmkarları kimi o, yaddaşlarda millət vəkillərinin əmək haqlarının artırılması, onlara əlavə imtiyazların verilməsi məsələsində dəfələrlə göstərdiyi canfəşanlıqla yadda qalıb. Özü üçün yüksək əmək haqqı tələb edərkən, Adil Əliyev heç olmazsa bir dəfə də olsun Azərbaycan aliminin qayğılarını, ehtiyaclarını yada salıbmı? Onu nə vaxtsa belə məsələlər düşündürübmü?

Məlum olduğu kimi, AMEA kollektivinin əhəmiyyətli bir qismi Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunur. Onlar həmişə olduğu kimi, indi də Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun sadiq əsgərləri olaraq fəaliyyətlərini dönmədən davam etdirməkdədirlər. Akademiyadakı YAP ərazi təşkilatının üzvləri olaraq, biz Milli Məclis üzvlərinin, xüsusilə də YAP-ı təmsil edən deputatların Adil Əliyevin Akademiya və alimlərimiz haqqında məsuliyyətsiz və populist fikirlərinə münasibət bildirmələrini istəyirik.

Çox təəssüf ki, Milli Məclisin vitse-spikeri kimi yüksək məqama gəlib çıxan və tutduğu vəzifənin baş gicəlləndirən təsirindən müəmmalı keçmişini unudan Adil Əliyev belə hesab edir ki, onun Milli Elmlər Akademiyası və Azərbaycan alimləri haqqında böhtanlar deməyə, onlara yol göstərməyə mənəvi haqqı çatır. Azərbaycan elminin və fədakar alimlərimizin Milli Məclis kimi mötəbər hakimiyyət orqanını təmsil edən şəxs tərəfindən təhqir edilməsi qəbuledilməzdir. Millət vəkillərimizdən alimlərimizin narahatlığını anlayışla qarşılamalarını və bölüşmələrini xahiş edirik”.

XƏBƏR LENTİ
Gündəm, Mədəni / 20.03.2026 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
Siyasi, Sosial / 19.03.2026 14:50
Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi - FOTO
Gündəm / 18.03.2026 17:28
İlham Əliyev Azərbaycan xalqını Novruz münasibətilə təbrik edib
Mədəni / 18.03.2026 12:52
Ardanış Kənd İcması Ramazan və Novruz tədbiri keçirib - FOTO
Siyasi, Sosial / 17.03.2026 23:14
Boğutlu, Bozabdal, Bozavdal yaylası – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 17.03.2026 14:22
76 il əvvəl adı saxtalaşdırılan oğuz məskəni – ANONS - VİDEO
Mədəni / 17.03.2026 00:01
Bu gün Torpaq çərşənbəsidir
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu? - VİDEO
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO