Elm və təhsil 08.07.2019 14:40

Akademiklərə torpaq sahələri paylanır

Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşı olan həqiqi və müxbir üzvlərinə torpaq sahələrinin paylanılmasına başlayıb.

Rakus.az xəbər verir ki, Akademiyadan verilən məlumata görə, Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli 14/3 nömrəli qərarına əsasən, AMEA-nın tam ştat vahidi ilə 5 ildən artıq əmək stajı olan əməkdaşlarına AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan, Xızı rayonunun Yarımca kəndi yaxınlığında yerləşən torpaq sahəsindən müvəqqəti istifadə üçün 10 (on) sot sahə ayrılması məsələlərinə baxılır: “AMEA-da işləyən və torpaq sahəsi almaq istəyən akademiklərdən, eyni ilə də müxbir üzvlərdən xahiş olunur ki, bir həftə müddətində AMEA-nın İşlər idarəsinə müraciət etsinlər”.

Akademiyadanm qeyd edilib ki, AMEA RH-nin 14 dekabr 2018-ci il tarixli 17/5 nömrəli qərarı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə olunması Qaydaları” təsdiq edilib. Həmin Qaydalara əsasən, əməkdaş ona ayrılmış torpaq sahəsinin abadlaşdırılması və kommunal-kommunikasiyaların yaradılması, saxlanılması və digər problemlərinin həlli üçün hər ay 15 manat məbləğində vəsaiti kompleksə ödəməyi öz öhdəsinə götürür. Vəsait hər növbəti ayın 15-ə qədər ödənilməlidir. Əməkdaş torpaq sahəsində müvəqqəti istifadə üçün daldalanacaq yerləri (vaqon, ev “besedka”) quraşdıra, sahənin ətrafını isə yaşıl çəpər və ya metal torla bağlaya bilər. Əməkdaş sahəsində mövcud olan ağacı kəsməməli və digər ekoloji tələblərə, ərazidə təmizliyə, sakitliyə riayət etməli və qonşulara ziyan verməməli, torpaq sahəsində meyvə ağacları və gündəlik tələbata uyğun olaraq bostan bitkiləri əkməlidir. Torpaq sahəsinin ətrafına daş, beton hasar çəkilməsi, kənar şəxslərin istifadəsinə verilməsi, torpaqda daşınmaz əmlakın inşası qadağan edilir. Əməkdaş təqaüdə çıxdıqda və ya uzunmüddətli ezamiyyətə getdikdə, vəfat etdikdə, və ya itkin düşdükdə onun ailə üzvlərindən biri bu müqavilənin tələblərinə riayət etməyi öz öhdəsinə götürüb müqavilə bağlayarsa ailəsinin torpaqdan istifadə hüququ saxlanılır.

AMEA əməkdaşı ilə müqaviləni 2 il müddətinə bağlayacaq. Əməkdaşa müvəqqəti verilmiş torpaq sahəsi səmərəli istifadə etdikdə müqavilənin müddəti uzadıla bilər.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO