Elm və təhsil 09.05.2020 12:51

AMEA-nın müxbir üz­vü Telman Ağayev vəfat etdi

Tanınmış bioloq, Fiziologiya İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üz­vü Telman Ağayev vəfat edib.

Rakus.az xəbər verir ki, T.Ağayev mayın 9-da 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Telman Məmmədəli oğlu Ağayev 1935-ci il oktyabr ayının 10-da Qərbi Azərbaycanın (indiki Ermənistanın) Sisyan rayonunun Vaqudi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsini bitirib.

1969-cu ildə “Mədə reseptorlarının qıcıqlanması zamanı baş beyində zülal və amin turşularının mübadiləsi” mövzusunda namizədlik, 1983-cü ildə “Beynin görmə analizatorunun stukturlarında qlutamin turşusu sisteminin formalaşmasının yaş xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1989-cu ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

O, 1993-1995-ci illərdə Azərbaycan Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, 1995-2013-cü illərdə institutun direktoru vəzifəsində çalışıb.

T.Ağayev təkamül fiziologiyası və biokimyası sahəsində mütəxəssis idi. O, filo- və ontogenezin ayrı-ayrı səviyyələrində duran orqanizmlərin mər­kəzi sinir sisteminin sensor və hüceyrə biokimyası üzrə elmi istiqamətin təşkilatçısı və ardıcıl davamçısı kimi tanınırdı.

Alimin elmi işlərinin əsas istiqamətini biokimyəvi tədqiqatlar, o cümlədən heyvanlarda görmə, eşitmə və digər sensor funksiyaların formalaşmasında beynin qlutamin turşusu və biogen aminləri tənzimedici sisteminin rolu, bu proseslərin neyrokimyəvi əsaslarının fundamental tədqiqi təşkil edirdi. O, tədqiqatlarına əsaslanaraq, təkamül və yaş fiziologiyası, biokimyasının bəzi mühüm elmi müddəalarını, funksional neyrokimyanın perspektiv istiqamətlərini irəli sürərək, filo- və ontogenezdə analizator sistemlərinin normal inkişafı və funksiyalarının pozulduğu şəraitdə beyin strukturlarında metabolik dəyişikliklərin kompleks tədqiqini aparıb.

Azərbaycan Biokimya Cəmiyyətinin sədri, Avropa Biokimyaçılar Cəmiyyətinin üzvü, Fizioloqlar Cə­miy­yətinin prezidenti idi. “AMEA Xəbərləri” (biologiya və tibb elmləri seriyası), “Eko­energetika” və “Gürcüstan EA Xəbərləri” jurnallarının redaksiya heyətinin üzvü idi. YUNESKO-nun etika, bioetika və texnologiya üzrə milli komitəsinin və Beyin tədqiqat­çıları üzrə Beynəlxalq Təşkilatın üzvü idi.

2013-cü ildə Avropa Elmi-Sənaye Palatası tərəfindən peşəkar fəaliyyətinə görə diplom və qızıl medalla təltif edilib.

XƏBƏR LENTİ
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO
Siyasi, Sosial / 21.11.2025 23:38
“Yerli ermənilər bizə deyirdilər ki, Gorus, Qafan erməniləri qorxuludur” - FOTO - VİDEO
Sosial / 21.11.2025 14:22
Meğriyə qovuşub torpağımı öpəcəm – Elmira Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 20.11.2025 23:26
“Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır” - VİDEO