Elm və təhsil 03.04.2019 19:36

AMEA-nın xatirə nişanları təsis edilir

AMEA-nın xatirə nişanları təsis edilir.

Rakus.az xəbər verir ki, AMEA-dan  verilən məlumata görə, bununla bağlı məsələ bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında müzakirə olunub.

İclasda bildirilib ki, elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın adlı mükafatları təsis edilib və əsasnamələri təsdiq olunub.

Ötən müddət ərzində əsasnamələrin tələblərinə uyğun olaraq hər il adlı mükafatlar üçün müsabiqə elan olunub, müvafiq elm sahələrini təmsil edən görkəmli alimlər mükafatlarla təltif ediliblər.

Rəyasət Heyəti adlı mükafatların nüfuzunun daha da artırılması, həmçinin mükafatlara təqdim olunan alimlərin daha dəqiq meyar və prinsiplər əsasında müəyyənləşdirilməsi məqsədilə AMEA-nın adlı mükafatlarının xatirə nişanları ilə əvəz edilməsini məqsədəuyğun hesab edib. Beləliklə, “Tibb sahəsi üzrə akademik Mirəsədulla Mirqasımov” xatirə nişanı, “Tibb sahəsi üzrə akademik Mustafa Topçubaşov” xatirə nişanı, “Tibb sahəsi üzrə akademik Zərifə Əliyeva” xatirə nişanı, “Kimya sahəsi üzrə akademik Yusif Məmmədəliyev” xatirə nişanı, “Kimya sahəsi üzrə akademik Murtuza Nağıyev” xatirə nişanı, “İncəsənət sahəsi üzrə akademik Üzeyir Hacıbəyli” xatirə nişanı, “Memarlıq və incəsənət sahəsi üzrə akademik Mikayıl Useynov” xatirə nişanı, “Ədəbiyyat, poeziya sahəsi üzrə akademik Səməd Vurğun” xatirə nişanı, “Geologiya sahəsi üzrə akademik Musa Əliyev” xatirə nişanı, “Torpaqşünaslıq və coğrafiya sahəsi üzrə akademik Həsən Əliyev” xatirə nişanı, “Riyaziyyat sahəsi üzrə akademik Zahid Xəlilov” xatirə nişanı, “Neft sahəsi üzrə akademik Azad Mirzəcanzadə” xatirə nişanı, “Fizika sahəsi üzrə akademik Həsən Abdullayev” xatirə nişanı, “Kompüter elmləri sahəsi üzrə professor Lütfi Zadə” xatirə nişanı təsis edilib. Bundan başqa, AMEA-nın təsis edilməsinə həsr olunmuş xatirə nişanı və elmin inkişafına dəstək verən şəxslərə təqdim edilmək üçün AMEA-nın xüsusi xatirə nişanı təsis olunub.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO