Dünya 07.08.2020 23:39

Amerikalı keçmiş həmsədrin Qarabağ “dərdi” – Volskinin komitəsi yeni formatda – ŞƏRH - FOTO

Belə bir deyim var: “Cənnətə düşmək cəhənnəmə vasil olmaqdan daha asandır”. Bu həm də doğrunu deməyin, yaxşı olmağın, yalan danışıb pis olmaqdan daha asan olduğu anlamına gəlir. Çünki yalan danışmaq pislik etməkdir. Yalan danışan mütləq dediklərini əsaslandırmaq üçün yeni yalanlar uyduracaq. Bununla da yeni pisliklər edəcək. Düz danışıb yaxşı olmaq isə asan və sadədir. Çünki yeni yalanlar uydurmağa ehtiyac olmayacaq. Nə adamın canı, nə də cismi belə halda əziyyət çəkməyəcək.

Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı məsələnin həlli də yalan və saxtakarlıqlar ucbatından dalana dirənib. Burada bir həqiqət, doğru olan məsələ var – Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisidir. Həmin torpaqlar havadarları və himayədarlarının hərtərəfli yardım ilə Ermənistan tərəfdən işğal edilib. Dünya və özünü yaxşı, doğru, ədalətli sayanlar işğalçının Azərbaycan torpaqlarından çıxmasını istəməlidir.

Ancaq nə baş verir? Hər dəfə yeni bir plan və sənəd ortaya atılır. Deməli, yeni yalanlar uydurulur, saxtakarlıqlar baş verir. Nəticə etibarı ilə pis əməllər törədilir. Onların cəhənnəmlik əməllərinin acı nəticəsini isə adi insanlar çəkir.

Bu günlərdə pislik və yalandan doğan, həyata keçirilməsi mümkün olmayn daha bir iddia irəli sürüldü. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland iyulun 12-də Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatdan danışıb. O, “Amerikanın Səsi”nə müsahibədə deyib: “Kompromis yalnız Bakı və Yerevandakı liderlər “münaqişəni birdəfəlik həll etməyin vaxtı gəlib çatıb” dediyi zaman əldə oluna bilər”.

R.Hoqland toqquşmanın arxasındakı motivlərin heç kəsə bəlli olmadığını, ancaq insidentin təsadüfən başladığını düşünmədiyini qeyd edib: “Çünki hər hansı tərəf qəsdsiz bir şəkildə digər tərəfə atəş açdığında, onlar arasında rabitə yaradılır və onlar bir-biriləri ilə danışıb, dərhal bunun bir qəza olduğunu söyləyirlər. Amma bu dəfə bu baş vermədi”.

Keçmiş həmsədr fəaliyyətdə olduğu dövrdə həyata keçirə bilmədiyini, deyəsən, bundan sonra ermənilərə lobbiçilik etməklə reallaşdırmaq niyyətindədir. O, Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni “ideya” irəli sürüb. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi BMT məsələsinə çevrilməlidir: “Bunu həll etməyin yeganə yolu Dağlıq Qarabağın qeyri-müəyyən bir müddət ərzində BMT-nin protektoratı olmasıdır. Bir neçə il sonra isə bəlkə də, məsələ ilə bağlı emosiyalar sakitləşəndən sonra hər iki tərəfdən insanlar “biz Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında gələcəyin bu cür olmasını istəyirik” deyəcəklər. Bu, mənim həmsədr olandan sonra gəldiyim şəxsi qənaətimdir”.

R.Hoqland rəsmi Moskvanın bu münaqişədəki rolu ilə bağlı suala cavabında Rusiya prezidenti Vladimir Putinin zaman-zaman Sovet İttifaqının süqutunun 20-ci əsrin ən böyük fəlakəti və keçmiş sovet respublikalarının, o cümlədən Azərbaycan və Ermənistanın Rusiyanın xüsusi təsir dairəsində olduğunu söylədiyini xatırladıb. O bildirib ki, əgər Rusiyanın, həqiqətən də, bu problemi həll etmək istəyi olsa idi, Moskva daha aktiv tədbirlər görərdi.

Keçmiş həmsədr Minsk qrupunun fəaliyyətinin məhdud olduğunu və həmsədrlərin yalnız münaqişə tərəflərinin onlara icazə verdiyi tədbirləri görə bildiklərini deyib. O bildirib ki, Minsk qrupu regional güclərin tam dəstəyi olmadan Dağlıq Qarabağ problemini həll edə bilməyəcək.

3 il əvvəl də R.Hoqland münaqişənin həllinə dair “6 element”dən danışmışdı. Onda da keçmiş həmsədr işğalçının adını çəkməkdən və işğal faktını deməkdənsə, Dağlıq Qarabağın işğalına haqq qazandırmağa çalışmışdı. Məsələn: “Rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir ki, bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünüidarəetməsini təminat altına alsın;

– Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır.

– Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır. Lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir və s.”.

Göründüyü kimi, R.Hoqland indi və onda da torpaqların işğal edildiyini deməkdənsə, Dağlıq Qarabağın Azərbaycanın nəzarətindən çıxması üçün müxtəlif variantlar ortaya atır.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Ötən 27 ildə həmin sənədlərin bir cümləsinə belə əməl olunmayıb. Hoqland niyə həmin sənədləri yada salmır?  Deməli, nə Ermənistan, nə də həmsədr dövlətlər bu quruma hörmət etmirlər. Belə olan şəraitdə Dağlıq Qarabağın BMT-nin protektoratı olması gülünc və mənasız bir ideyadır.

Belə çıxır ki beynəlxalq güclər saxtakarlıqları həyata keçirmək istəyəndə BMT yadlarına düşür. Başqa sözlərlə, bu qurumu saxta ideyalarının ortağı edirlər. Həmin güclərə lazım olmayanda bu beynəlxalq təşkilatın bütün sənədləri ikinci və bir çox hallarda sonuncu planda durur.

R.Hoqland, 7 il əvvəl olduğu kimi, yenə Azərbaycanın ərazi bütövlüyünün pozulmasını dəstəkləyir. Qarabağın işğaldan azad edilməsindən deyil, işğalçının daha sərbəst fəaliyyət göstərməsi üçün təkliflə çıxış edib. Hoqlandın “təklifi” 31 il əvvəl erməni-faşist ideologiyasının məşhur təbliğatçıları İqor Muradyan, Zori Balayan, Silva Kaputikyan və başqalarının Qarabağda komitənin yaradılması istəklərinə çox oxşayır.

1989-cu ilin 12 yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında” fərman verdi. Fərmana əsasən, Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla bölgədə bilavasitə Moskvaya tabe olan xüsusi idarə forması yaradıldı. Bölgədə vəziyyəti sabitləşdirmək məqsədilə bu qərarın imzalanması barədə verilən bəyanatların tam əksinə olaraq Arkadi Volskinin rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsi vilayətin Azərbaycanın yurisdiksiyasından çıxarılması üçün bütün vasitələrdən istifadə etdi və nəticədə DQMV müstəqil subyektə çevrildi. Volski DQMV-nin tam iqtisadi müstəqilliyini reallaşdırmaq üçün vilayət ərazisindəki bütün müəssisələrin artıq Azərbaycan ərazisində deyil, Ermənistan ərazisində yerləşən müəssisələrlə iqtisadi əlaqələr qurmasını təmin edən sərəncamlar verdi və bunu qısa müddət ərzində həyata keçirdi. Komitənin tərkibinə 5 rus, 2 erməni və 1 azərbaycanlı daxil idi.

R.Hoqland bir zamanlar Moskvanın tabeliyinə verilən komitəni başqa adla təqdim edir və onun yaradılmasını istəyir. Bu qədər mənasız ideyalar irəli sürüb, sonra onu müdafiə etmək üçün əlavə saxta əsaslar axtarıb tapmaqdansa, işğalçının Azərbaycan torpaqlarından çıxmasını aydın formada söyləmək lazımdır.

Artıq sirr deyil ki, Qarabağda komitə yaradanlar, indi onu BMT-nin himayəsinə verilməsini təklif edənlər torpaqların azad edilməsinə mane olurlar. Deməli, həmsədr dövlətlər bu məsələdə eyni mövqedə olduqları zaman Qarabağın dinc yolla azad olunması reallaşacaq.

ABŞ-ı dünyanın ədalətli dövləti sayırlar. Ancaq ölkəsini beynəlxalq formatda vasitəçi kimi təmsil etmiş diplomatın işğalçıya haqq qazandırması rəsmi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə necə yanaşmasından xəbər verir. R.Hoqland 2017-ci ilin yanvarından həmin ilin avqustunadək müvəqqəti həmsədr olub. Görünür, o, saxtakarlıq və yalan ideyalar irəli sürməklə özünü münaqişənin bilicisi kimi sırımaq, həmsədr olub, təqaüdə yollanmaq istəyir. Axı ABŞ münaqişəli bölgələrdə işləyən diplomatlarına yüksək maaş və pensiya verir. Ancaq Hoqland yalana ayaq açmağa yardım etdiyi üçün yüksək əməkhaqqı alsa belə, yaxşı və doğru insan olmayacaq.

Sədrəddin Sultan – Report

XƏBƏR LENTİ
İdman / 04.10.2025 08:42
“APA”-“BakuWS” və “Baku TV”-“AZƏRTAC” duelə çıxır
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 03.10.2025 09:22
Həftə sonu 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO