Dünya 07.07.2019 11:33

ABŞ: Amişlər adamı heyrətə gətirirlər - FOTO

 

Amerikada yaşayan amişlər adət-ənənələri və həyat tərzləri ilə adamı heyrətə gətirirlər. Qeyri-adi geyimləri onları amerikalılardan çox fərqləndirir. Modernizmi və texnologiyanı rədd edən bu insanlar televizordan, telefondan, kompyuterdən, avtomobildən istifadə etmirlər. Bu topluma “amiş” adının verilməsi Cakob Amman adlı bir insanla bağlıdır. Cakob Amman amişlərin lideri olub. Amişlərin inancı xristian dini olmaqla protestanlıq məzhəbinə daha yaxındır və bu məzhəbin anavaptist qoluna mənsubdurlar. Anavaptistlər dövlətə və kilsəyə bağlılığı rədd edərək ayrıca bir toplum kimi yaşayırlar…

1700-cü illərdə İsveçdən Amerikaya gələn ilk amişlər ABŞ-in indiki Pensilvaniya ştatında məskən salıblar. Daha sonra buradan bütün ABŞ-a səpələniblər. Onlar burada dini düşüncələrindən irəli gələn “sadə həyat” anlayışı ilə yaşayırlar.

Bu gün ABŞ-da amişlərin sayı 150-200 min arasındadır və əksəriyyəti Ohayo, Pensilvaniya, İndiana, o cümlədən Ayova ştatlarında yaşayırlar…

Amişlərin böyük bir hissəsi əkinçiliklə məşğul olsa da aralarında dülgər, faytonçu və arıçılıqla da məşğul olanları az deyil. Məişətlərində isə neft lampası və XIX əsrdə işlədilən alətlərindən istifadə edirlər. Qadınları da əsasən ailənin ehtiyacı olan geyimləri ərsəyə gətirirlər, daha doğrusu əlləri ilə tikirlər. Qəribədir, bu insanlar inanclarına zidd olduğuna görə heç vaxt könüllü foto çəkdirmirlər. Hərçənd ki, kimsə şəkillərini çəkəndə etiraz da etmirlər…

XXI əsr olmasına baxmayaraq amişlərin uşaqları 8-ci sinifə qədər məktəbə gedirlər, bundan sonra onlar ənənəvi sənətlərə- əkinçilik, maldarlıq, dülgərliyə yiyələnməyə üstünlük verirlər və bu yöndə peşə təhsili alırlar. Hərçənd ki, 1972-ci ilə qədər ABŞ-da amişlərin təhsili natamam qoyması qadağan olunub, amma elə həmin ildə ABŞ-ın konstitusiya məhkəməsi icbari təhsilin insan haqqlarına zidd olduğuna dair qanun qəbul edib və amişlərə bu məsələdə artıq heç kim mane ola bilmir.
XVIII əsrin qaydaları ilə yaşamaqlarına baxmayaraq amişlərin uzunömurlülük göstəricisi kişilər üçün 75, qadınlar üçün isə 80 yaşdır.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO