Dünya 02.12.2019 03:34

Ankarada Nursultan Nazarbayevlə bağlı konfrans keçirildi - FOTO

Türkiyənin paytaxtı Ankarada Qazaxıstan Respublikasının birinci Prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevin həyat və fəaliyyətinə həsr olunan konfrans keçirilib.

Rakus.az xəbər verir ki, Qazaxıstanın Türkiyədəki səfirliyi və bu ölkədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) tərəfindən birgə təşkil olunan “Müdrik lider Nursultan Nazarbayev türkdilli dövlətlərin birliyinə gedən yolda” mövzusunda mərasimdə rəsmi şəxslər, səfirlər, tanınmış alimlər iştirak ediblər.

Qazaxıstanın Ankaradakı səfiri Abzal Saparbekuly, EkoAvrasiyanın sədri Hikmət Erən, Türkiyədə fəaliyyət göstərən Kapadokya Universitetinin rektoru, professor Həsən Ali Karasar görkəmli siyasi və dövlət xadimi Nursultan Nazarbayevin zəngin, mənalı həyatından danışıblar. Diqqətə çatdırılıb ki, Nursultan Nazarbayev siyasi hakimiyyətinin bütün dövrlərində Qazaxıstanın inkişafı, xalqının rifahı və tərəqqisi naminə müdrik qərarlar qəbul edib. Ötən əsrin sonunda, keçmiş sovetlər birliyinin süqutu ərəfəsində yaranmış çətin və mürəkkəb şəraitə baxmayaraq Nursultan Nazarbayev uzaqgörən siyasəti ilə Qazaxıstanın dövlət müstəqilliyinin bərpası prosesini uğurla başlayıb və sona çatdırıb. Sonrakı illərdə isə Nursultan Nazarbayevin əsas hədəfi türkdilli dövlətlərin həmrəyliyinə və əməkdaşlığına nail olmaq üçün töhfələr vermək olub. Əminliklə vurğulanıb ki, qazax xalqının böyük oğlunun, müdrik dövlət xadiminin fəaliyyətinə hər zaman türkdilli xalqlar tərəfindən ehtiram göstəriləcək.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO