Hadisə 02.03.2020 14:49

Antalyada ölən azərbaycanlı prokurorla bağlı ŞİKAYƏT - FOTO

Türkiyənin Antalya şəhərində istirahət etdiyi hoteldəki idman zalında dünyasını dəyişən azərbaycanlı prokuror Emin Hüseynovun atası Bəybala Hüseynov Antalya Respublika Prokurorluğuna şikayət məktubu ünvanlayıb.

Rakus.az xəbər verir ki, atası 29 yaşında dünyasını dəyişən oğlunun zəhərlənərək öldürüldüyündən şübhələnir.

B.Hüseynovun iddiasına görə, oğlu yerləşdirildiyi xəstəxanada tibbi ekspertizaya verilməyib. Hüquq-mühafizə strukturlarına xəbər verilmədən nəşi Azərbaycana göndərilib. Oğlunun ölmədən 1 gün əvvəl tətil proqramında olmamasına rəğmən, yaxta turuna çıxarıldığını bildirən ata zəhərlənmə olayının məhz bu zaman həyata keçirildiyindən şübhələndiyini qeyd edib. O, turu təşkil edən şəxs və ya şirkəti axtarıb, lakin tapa bilməyib. Eminin qanında yüksək miqdarda prokalsiton aşkarlandığını vurğulayan Bəybala Hüseynov bunun zəhərlənmə nəticəsində meydana çıxdığını, mütəxəssislər tərəfindən faktın təsdiqləndiyini bildirib.

Qeyd edək ki, Emin Hüseynov 2017-ci ildə həyat yoldaşı ilə birlikdə Antalyaya tətilə gedib. O, 5 ulduzlu hoteldə 18 avqust, günorta saatlarında idman zalında məşq edərkən halı pisləşib və yerə yıxılıb. Zaldakılar dərhal təcili yardım çağırıb və Hüseynov Akdeniz Universitetinin xəstəxanasına aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Emin Hüseynovun vəkili Elçin Məmməd prokurorun həyat yoldaşı və tətili təşkil edən firmanın sahibi haqqında Azərbaycanda məhkəməyə şikayət məktubu yollayıb. Prokurorun ölümündə şübhəli bilinən həyat yoldaşı hadisədən dərhal sonra onun telefonundakı bilgiləri silib. Məhkəmədə isə bu barədə verilən suallara yanlış və qarışıq cavablar verib. O, həyat yoldaşı xəstəxanada yatdığı zaman hoteldə keçirilən konsertə belə gedib. (publika.az )

XƏBƏR LENTİ
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO
Siyasi, Sosial / 21.11.2025 23:38
“Yerli ermənilər bizə deyirdilər ki, Gorus, Qafan erməniləri qorxuludur” - FOTO - VİDEO
Sosial / 21.11.2025 14:22
Meğriyə qovuşub torpağımı öpəcəm – Elmira Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 20.11.2025 23:26
“Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır” - VİDEO
Siyasi / 20.11.2025 14:22
Ermənistan iki hissəyə bölünəcək – ANONS - VİDEO