Dünya 06.04.2020 09:45

Antonio Quterreş COVID-19 ilə bağlı yeni bəyanat verdi

BMT-nin Baş katibi Antonio Quterreş gender əsaslı zorakılıq və koronavirusla (COVID-19) mübarizə ilə bağlı yeni bəyanat yayıb.

Rakus.az xəbər verir ki, bəyanatda COVID-19 pandemiyasının dünyada insanlara ağlasığmaz əziyyət verdiyi və iqtisadiyyatın iflasına səbəb olduğu bildirilib.

BMT baş katibi bu yaxınlarda ümumi mübarizəni pandemiyanı aradan qaldırmağa yönəltmək üçün qlobal atəşkəsin dərhal bərqərar olmasına çağırdığını xatırladıb: “Elə indi dünyanın hər yerində zorakılığa son qoyulması üçün müraciət etdim. Ancaq zorakılıq döyüş bölgəsi ilə məhdudlaşmır. Bir çox qadın və qızları təhlükə onlar üçün ən etibarlı sayılan öz evlərində yerdə gözləyir. Ona görə də mən bu gün dünyadakı hər bir evdə sülh üçün yeni bir çağırışla müraciət edirəm”.

“COVİD-19-un qarşısını almaq üçün təcrid və karantinin vacib olduğunu bilirik. Lakin nəticədə qadınlar onlarla qəddar davranan tərəfdaşları ilə bir evdə qala bilərlər. Son həftələr ərzində iqtisadi və sosial təzyiqlər, habelə xof artdıqca, qlobal səviyyədə məişət zorakılığının artmasının şahidi olduq. Bəzi ölkələrdə zorakılığa qarşı dəstək xidmətinə müraciət edən qadınların sayı iki dəfə artıb. Eyni zamanda, tibb müəssisələri və polis xidmətləri həddindən artıq yüklənir və işçi heyəti çatışmazlığı ilə üzləşir.

Yerli dəstək qrupları iflic vəziyyətdədir və ya vəsait çatışmazlığı ilə üzləşir. Məişət zorakılığı qurbanları üçün fəaliyyət göstərən bəzi sığınacaqlar bağlıdır, digərləri doludur. Mən bütün hökumətləri qadınlara qarşı zorakılığın qarşısının alınması və onlara dəymiş ziyanın ödənilməsini COVİD-19-a qarşı milli tədbirlər planına daxil etməyə çağırıram. Bu, onlayn xidmətlərə və vətəndaş cəmiyyəti təşkilatlarına qoyulan sərmayənin artırılması deməkdir.

Məhkəmə sistemlərinin zorakılığa yol vermiş insanların qanun qarşısında cavab verməsini təmin etməlidir. Aptek və ərzaq mağazalarında təhdidlərə qarşı təcili bildiriş sistemlərinin yaradılmalıdır. Sığınacaqlar həyati əhəmiyyət kəsb edən xidmət kimi elan edilməlidir. Qadınlar üçün onlara qarşı zorakılıq törədənlərin xəbəri olmadan dəstək istəməyin təhlükəsiz yolları yaradılmalıdır. Qadınların hüquq və azadlıqları güclü və dayanıqlı cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir.

COVİD-19-a qalib gəlmək üçün çalışdığımız zaman müharibə bölgələrindən tutmuş insanların evlərinə qədər hər yerdə şiddətin qarşısını birlikdə ala bilərik və almalıyıq”, – bəyanatda deyilir.

XƏBƏR LENTİ
Hərbi / 06.12.2025 23:22
Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri - VİDEO
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO