Dünya 30.12.2020 11:13

Antonio Quterreş dünya ictimaiyyətinə müraciət etdi - VİDEO

BMT-nin baş katibi Antonio Quterreş Yeni il münasibətilə dünya ictimaiyyətinə müraciət edib.

Rakus.az xəbər verir ki, müraciətdə deyilir:

“Əziz dostlar, 2020-ci il sınaqlar, faciələr və göz yaşları ili kimi yadda qaldı. COVID-19 pandemiyası həyatımızı alt-üst edərək, dünyanı əzab və kədərə məhkum etdi. Bu müddət ərzində nə qədər yaxınımızı itirdik. Bununla belə pandemiya növbəti xəstəlik və ölüm dalğası yaradaraq, daha da geniş vüsət almağa davam edir.

Dünyada yoxsulluq, bərabərsizlik və aclıq artmaqdadır. İş yerləri bağlanır, borclar artır. Uşaqlar da əziyyət çəkir. Evlərdə zorakılıq artır. Təhlükə artıq hər yerdə mövcuddur. Lakin qarşıdan yeni il gəlir və onun gəlişi ilə biz ümid işığını görürük:

– İnsanlar qonşuları və onlara yad olan insanlara yardım əlini uzadır;

– Xəstəliklə mübarizənin ön cəbhəsində çalışanlar özlərini bu işə fəda edir;

– Alimlər çox qısa müddətdə peyvəndləri hazırlayırlar;

– Dövlətlər iqlim fəlakətinin qarşısını almaq üçün yeni öhdəliklər götürürlər.

Biz birlik və həmrəylik mühitində çalışsaq, bu ümid işartıları bütün dünyanı işıqlandıra bilər. Bu çətin ildən çıxarmalı olduğumuz dərs məhz budur.

Həm iqlim dəyişikliyi, həm də COVID-19 pandemiyası elə bir böhrandır ki, onu yalnız hər kəs birlikdə mübarizə apararsa aradan qaldırmaq mümkündür. Bu isə özlüyündə inklüziv və davamlı gələcəyə keçidin bir hissəsini təmin etmiş olacaq.

2021-ci il üçün BMT-nin başlıca hədəfi 2050-ci ilə qədər karbon neytrallığı və ya sıfır emissiya səviyyəsinə nail olmaq üçün qlobal ittifaq qurmaqdır. Hər bir hökumət, şəhər, biznes və fərd bu məqsədə öz töhfəsini verə bilər.

Gəlin birlikdə öz aramızda və təbiətlə barışaq, iqlim böhranını həll edək, COVID-19 virusunun yayılmasının qarşısını alaq və 2021-ci ili şəfa, sağalma ili elan edək. Ölümcül virusun təsirini, çökmüş iqtisadiyyat və cəmiyyətləri, bölücülük meyllərini, eləcə də planetimizi sağaltmaq ili.

Bu, 2021-ci il üçün bizim Yeni il vədimiz olmalıdır. Mən BMT adından hamınıza xoş və dinc yeni il arzulayıram”.

XƏBƏR LENTİ
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO
Siyasi, Sosial / 21.11.2025 23:38
“Yerli ermənilər bizə deyirdilər ki, Gorus, Qafan erməniləri qorxuludur” - FOTO - VİDEO
Sosial / 21.11.2025 14:22
Meğriyə qovuşub torpağımı öpəcəm – Elmira Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 20.11.2025 23:26
“Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır” - VİDEO
Siyasi / 20.11.2025 14:22
Ermənistan iki hissəyə bölünəcək – ANONS - VİDEO