Səhiyyə 20.05.2020 21:00

AQTA hamilə qadınların qida rasionu ilə bağlı tövsiyə VERDİ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hamilə qadınların qida rasionu ilə bağlı tövsiyələrini açıqlayıb. 

Rakus.az xəbər verir ki, tövsiyələrdə hamiləlik zamanı qadınların immun sisteminin zəiflədiyi vurğulanıb.

“Məhz buna görə də infeksiyalara qarşı daha həssas olurlar. Xüsusilə hamiləliyin erkən mərhələlərində ürəkbulanmaya, əhvali-ruhiyyənin dəyişməsinə görə ananın kifayət qədər qidalanmaması xəstəliklərə tutulma riskini artırır. Dərman istifadəsi qadağan olunduğu üçün xəstəliklərin sağalma müddəti uzanır. Həmin dövrdə qan təzyiqinin artması da hamilə qadınlara rahatsızlıq verə bilər. Bütün bu hallar doğulacaq körpənin sağlamlığı üçün təhlükə faktorudur. Bir sözlə, hamiləliyin düzgün gedişi, gələcək ananın sağlamlığı və düzgün qidalanması doğulacaq uşağın sağlamlığının təminatıdır.

Hamiləlik dövründə orqanizmi zərərli təsirlərdən qorumaq üçün immun sistemini gücləndirmək vacib şərtdir. Qida rasionunda vitamin və minerallarla zəngin olan meyvə-tərəvəzə üstünlük verilməlidir. Sitrus meyvələrinin, narın, brokkoli, kələm və ispanaq kimi tünd yaşıl yarpaqlı tərəvəzlərin, soğan, sarımsaq, kətan toxumunun tələb olunan miqdarda qəbulu olduqca faydalıdır. Hamilə qadınların qida rasionunda yumurta, süd və qırmızı ətin olması şərtdir. Həftədə azı 2 dəfə balıq yemək məsləhət görülür. Lakin körpənin sinir sisteminə zərər verə biləcək ağır metallarla zəngin olan balıqlar (məsələn, tuna balığı) istehlak olunmamalıdır.

Hamiləlik dövründə bağırsaqların normal fəaliyyəti üçün qatıq, ayran və pendir kimi süd məhsullarının qəbulunu artırmaq lazımdır. Sinklə zəngin süd məhsulları, noxud, mərci, lobya kimi paxlalı bitkilər, eləcə də qoz-fındıq orqanizmin müqavimət qabiliyyətinin artırılmasına mühüm təsir edir. Fol turşusu, kalsium və dəmirlə zəngin məhsullar hamilə qadınların qida rasionunun xeyli hissəsini təşkil etməlidir.

Xatırladaq ki, normadan artıq qidalanma da təhlükəli hesab olunur. Hamilə qadın üçün keyfiyyətli və sağlam qidalanmadan əlavə, düzgün maye qəbul etmək də vacibdir. Gündə azı 2,5-3 litr su içmək tövsiyə olunur. Su həzm sisteminə yaxşı təsir edir. Yuxusuzluq orqanizmin immun sisteminə mənfi təsir göstərən amillərdən biridir. Hamilə qadınların yuxu rejiminə diqqət yetirməsi şərtdir”, agentlikdən bildirilib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO