Hadisə 06.08.2019 19:13

Araz Ağalarov sabiq nazirlə bağlı ifadə verdi

Rusiyanın Kalininqrad vilayətində futbol üzrə 2018-ci il Dünya Çempionatı oyunları üçün inşa edilmiş “Kalininqrad Arena” stadionunun tikintisi zamanı korrupsiyaya, mənimsəməyə yol verdiyi üçün həbs edilən keçmiş nazirin məhkəmə prosesi gedir.

Rakus.az xəbər verir ki, vilayətin keçmiş tikinti naziri Amir Kuşxovun işi üzrə məhkəmə prosesində şahid qismində azərbaycanlı milyarder-oliqarx, stadionun tikintisini podratçı qismində həyata keçirmiş “Crocus” şirkətinin rəhbəri Araz Ağalarov da ifadə verib.

Keçmiş nazir Kuşxov ona görə həbs edilib ki, stadion üçün zəminin hazırlanması zamanı yetərli qədər qum tökülməyib və nəticədə bataqlıq ərazidə tikilən stadionda subasma baş verib.

Lakin Ağalarov ifadəsində deyib ki, subasmaya görə keçmiş nazir günahkar deyil, problem layihədən qaynaqlanıb.

Keçmiş nazirin işini aparan “Bişeneov və partnyorları” adlı vəkil bürosundan bildiriblər ki, iyulun 31-də verdiyi ifadədə Araz Ağalarov belə deyib: “Mən Kuşxovu yetərli qədər qumun tökülməməsində günahlandırmıram, məsələ bunda deyil. Layihə özü düzgün hazırlanmamışdı. Qumun miqdarına dair məndə xüsusi irad yox idi, subasmanın səbəbi layihəçinin səhvi idi”.

Bu gün avqustun 6-da Amir Kuşxovun barəsində çıxarılmış həbs qətimkan tədbirinin uzadılması üçün apelyasiyaya baxılıb. Və həbs müddəti daha iki ay uzadılıb. Keçmiş nazirin vəkilləri isə iş materiallarında irəli sürülən ittihamları sübut edə biləcək tutarlı dəlillərin olmadığını deyirlər.

Kuşxov 2017-ci ili iyulunda həbs edilib. İstintaqın versiyasına görə keçmiş nazir və tikintiyə nəzarət üzrə mühəndis Sergey Tribunski dağıstanlı milyarderlər Maqomedov qardaşlarını “Summa” şirkətlər qrupu ilə əlbir olub və yerinə yetirilmiş işlərə dair qurama aktları imzalayaraq 752 milyon rublu mənimsəyiblər. Onlar bütün ittihamları rədd edirlər. (BAKU.WS)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO