Səhiyyə 08.03.2020 15:57

Arbidol, iynəyarpaq və biyan kökü – Koronavirusun dərmanı

Koronavirus 11 ölkədə 3000-dən çox insanın həyatına son qoyub. Çinlə yanaşı ölüm halları Avstraliya, İran, İspaniya, İtaliya, ABŞ, Tailand, Tayvan, Fransa, Cənubi Koreya, Yaponiya və Filippində qeydə alınıb.

Rakus.az xəbər verir ki, bununla yanaşı, koronavirusa yoluxmuş təxminən 50 min insanı müalicə etmək mümkün olub.

İki həftədən artıqdır ki, sağalmış xəstələrin sayı yeni qeydə alınan hadisələrin sayını üstələyir.

Lakin alimlərin səylərinə rəğmən, virusa qarşı vaksin hazırlamaq cəhdləri hələ ki, nəticə verməyib və ən azı növbəti bir neçə ay ərzində onun hazır olacağını gözləmirlər.

ABŞ-la yanaşı bir sıra ölkədə siçan və dəniz donuzcuqları üzərində sınaqlar davam etdirilir. Hərçənd ki, aprel ayına kimi insanlar üzərində vaksin testləri keçirilməyəcək. Yeni peyvəndin təsdiqi və bürokratik nizamlanma ilə bağlı işlər isə ilin sonunadək uzana bilər.

Bəs xəstələri necə müalicə edirlər?

Ümumi strategiya: Arbidol

Koronavirus epidemiyası başlayandan bəri onun müalicəsi üçün müxtəlif dərmanlardan istifadə olunub. Onların çoxu xəstəliyin özünü deyil, onun tipik simptomlarını aradan qaldırmaq üçün tətbiq olunur.

Buradaca qeyd etmək lazımdır ki, Covid-19-da heç bir xüsusi simptom olmur – bu cəhətdən o, soyuqdəymə və respirator virus infeksiyalarından o qədər də fərqlənmir. Bənzər şəkildə inkişaf edən xəstəlik, adi hallarda olduğu kimi sətəlcəmlə nəticələnə bilər.

Demək olar ki, xəstələrin hamısında qızdırma, ümumi zəiflik və halların 60 faizində quru öskürək müşahidə olunur.

Xəstələrin təxminən üçdə biri əzələ ağrısı və nəfəs darlığından şikayətlənir. Belə simptomlara xəstəliyin beşinci günündə rast gəlmək olar.

Baş və boğaz ağrıları cəmi bir neçə xəstədə müşahidə olunub.

Çin həkimləri öskürək, üşütmə və ya boğaz ağrısından şikayətlənən xəstələrin xüsusi müalicə alqoritmini hazırlayıblar. Bu üsulun təfərrüatları fevral ayının ortalarında Lancet tibb jurnalında dərc olunub.

Alqoritmə əsasən, qan analizləri və döş qəfəsinin kompüter tomoqrafiyasından sonra viruslu sətəlcəm və ya koronovirus infeksiyası ilə bağlı müayinə aparılmalıdır.

Nəticə mənfi olarsa, xəstəyə standart antibiotiklər təyin olunur – azitromisin və ya amoksisillin. Müsbət olduğu halda isə, xəstə təcrid olunur və müalicəni respirator ftorxinolon və arbidolla davam etdirirlər.

Mürəkkəbləşmə nəticəsində qandakı oksigenin səviyyəsi 93 faizdən aşağı düşərsə, müqavimət göstərən (rezistent) infeksiyaların müalicəsində olduğu kimi, nemonoksasin və sintetik linezolid antibiotikləri təyin olunur.

Eksperimental müalicə

Bu dərmanların hamısı xəstəliyin ümumi simptomlarını aradan qaldırmaq məqsədiylə istifadə olunur. Covid-19-a aid xüsusi bir müalicə üsulu mövcud deyil, lakin bu istiqamətdə işlər aparılmaqdadır.

Fevral ayının ortalarında Çin həkimləri malyariyaya qarşı istifadə olunan xloroxinin koronavirusa qarşı da effektiv olduğunu aşkar ediblər. Buna görə xloroxin rəsmi tövsiyələrə əlavə edilə bilər.

Hazırda klinik sınaqlardan daha bir neçə dərmanın keçdiyi məlumdur. Onlardan biri umifenovirdir (arbidol). Həkimlər onun məhz koronavirus infeksiyası ilə mübarizədə nə qədər təsirli olduğunu başa düşməyə çalışırlar.

Koronavirusa qarşı daha iki potensial dərman mövcuddur – adətən İnsan İmmunçatışmazlığı Virusuna (İİV) qarşı istifadə olunan Lopinavir və Ebola qızdırması ilə Marburg virusunun müalicəsi üçün hazırlanan Remdesivir.

“Ümidsiz xəstələri” xilas etmək üçün Çin həkimlərinin istifadə etdiyi son vasitə, sağalmış xəstələrdən alınan qan plazmasının köçürülməsini nəzərdə tutur. Bu üsul 2003-cü ildə atipik sətəlcəmin (SARS) ağır hallarının müalicəsi vaxtı öz effektivliyini göstərib.

2014-cü ildə Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) plazma inyeksiyalarını Ebola və daha sonra Orta Şərq (MERS) virusunun müalicəsində tövsiyə edib.

Ənənəvi təbabət

Təsdiqlənmiş koronavirus hallarının 85 faizindən çoxu Çində qeydə alınıb.

Xəstəxanaya yerləşdirilən şəxslərin hamısına adi müalicə ilə yanaşı, Çin təbabətinin ənənəvi üsulları da tövsiyə olunub. Çin Elm və Texnologiya Nazirliyi koronavirusa yoluxan 60 mindən çox insana ənənəvi təbabət vasitələrinin təyin olunduğunu bildirir.

Yerli mediaya əsasən, hər iki növlə müalicə olunan xəstələr yalnız “adi” dərman alan pasiyentlərə nisbətən daha tez sağalıblar. Misal üçün, Hançjou xəstəxanasına ağır vəziyyətdə çatdırılan 88 yaşlı qadını məhz qarışıq üsulla müalicə etmək mümkün olub.

Ənənəvi üsullarla müalicə formulu Hançjou şəhərinin Səkkizinci Xalq Xəstəxanasında hazırlanıb. Regional hakimiyyətin təsdiqindən keçən bu formul Quandun əyalətinin Elm və Texnologiya Nazirliyi tərəfindən rəsmən tanınıb.

Hançjou Yoluxucu Xəstəliklər Xəstəxanasında Xalq Təbabəti şöbəsinin müdiri Yu Dzənhua xəstələrə iki ənənəvi vasitənin yazıldığını bildirir – biri bəlğəmə görə, digəri isə iltihaba qarşı təyin olunur.

Bu səpkidə Qingfei Paidu dərmanının xüsusilə yüksək müalicəvi təsiri qeyd olunur. Bu barədə məlumat yayan Sinhua Agentliyi pekinli baş həkim Van Ronbinin sözlərinə istinad edir.

Bu ənənəvi dərman iynəyarpaq və biyan kökü də daxil, müalicəvi bitkilər əsasında hazırlanır.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir
Siyasi, Sosial / 23.09.2025 22:01
Aşirabad və Aşnak toponimi – türk tarixinin izi - VİDEO
İqtisadi, Müsahibə / 23.09.2025 18:35
“Ermənistanın kənd təsərrüfatı məhsulunun 70%-ni azərbaycanlı əhali təmin edib” - FOTO - VİDEO
Sosial / 23.09.2025 14:22
Adı V əsrdə xatırlanan kənd – ANONS - VİDEO