Elm və təhsil
30.05.2023
13:34
Ardanışın yetirmələri – İşığa, aydınlığa gedən yolda - FOTO
Bizi əhatə edən aləmin hələ üstü açılmamış bir çox sirləri qalmaqdadır. Bu da elmin və elm adamlarının qarşısında bitib-tükənməyən vəzifələr qoyur. Alim üçün xarakterik olan keyfiyyətlərdən biri də təmkinlə, səbirlə, elmi ardıcıllıqla iş görmək və kəşflər etməkdir. Alimin başlıca vəzifəsi axtarmaq və bu yolla əldə etdiyi elmi nailiyyətləri xalqın istifadəsinə verməkdir. Yaxşı və qiymətli olan şey heç vaxt əhəmiyyətini itirmir. Elm olmasa, ictimai həyatımız, vətənimiz tərəqqi edə bilməz. Ən sadə ixtiranın, balaca kəşfin də həyatda öz yeri var. Gərəkli və gərəksiz elm yoxdur. Onun bütün sahələri konkret insan amilinə xidmət edir. Əsl alim insanlığa ləyaqətlə xidmət etmək naminə elmdə, ictimai həyatda yaxşı nə varsa mənimsəməli, öz biliyinin, əqlinin, mədəniyyətinin nuru ilə Azərbaycanın böyük gələcəyinə gedən yolu işıqlandırmalıdır.
İnsanlar dara düşəndə öz alimini, ziyalısını axtarır, ona müraciət edir, şadlığını, qəmini onunla bölüşürlər. Çünki onlar öz ziyalısına inanır, ona arxalanırlar. Savadlı, təhsilli insanla ünsiyyət qurarkən heç yorulmursan. Əksinə onun söhbətindən bir rahatlıq, sakitlik duyursan. Bilikli insan hərtərəfli olduğu üçün hər hansı bir çətin vəziyyətdən çox asanlıqla çıxa bilir. Ləyaqətli alim unudulmur, dünyasını dəyişdikdən sonra isə insanların qəlbində yaşayır. Sağlığında böyük elmin zirvəsinə yüksələnlər həqiqətən ölməzdirlər. Onlar işdə öz ölkələrinin əsl vətəndaşı olduqlarını sübut etmiş adamlardır.

Kəndimizin yetirmələri – İSMAYILOVLAR ailəsindən çıxmış alimlər də belələrindəndilər. Müdrik bir el məsəlində deyilir: qəlbi elm, mübarizə və insana məhəbbət uğrunda çırpınmayan adamlar nahaq yerə anadan olurlar. Hələ XX əsrin I yarısında xalqımız başdan-başa savadsız olan dövrdə ziyalılarımız öz ürəklərini məşəl edib elmə, təhsilə, mədəniyyətə gedən yolumuzu işıqlandırdılar.
İsmayılov Abbas Məhəmməd oğlu da bu yoldan getdi. 1951-ci ildə Xanlar Pedoqoji məktəbini bitirdi. Azərbaycan Pedoqoji İnstitutunda təhsil aldıqdan sonra bir müddət Salyan rayon məktəbində dərs hissə müdiri vəzifəsində çalışdı. 1966-cı ildə “ Günü uzaldılmış qrupların təşkili “ mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi aldı. Ömrünün sonunadək Pedoqoji İnstitutda dosent vəzifəsində pedoqoji fəaliyyətlə məşğul oldu.
Hədislərdə deyildiyi kimi, üləma öz kökü üstündə inkişaf etməlidir. Abbas müəllimin qız övladı MİRVARİ xanım da atasının yolu ilə getməyi seçdi. Yaxşı insan və şəxsiyyət olaraq qadın böyük dəyərlərin daşıyıcısıdır. Qadın bu dünyanın sakitliyinə, əmin-amanlığına və sabitliyinə cavabdeh birisidir. Qadın yaradıcı olanda, alimlik missiyasını çiyinlərinə götürəndə isə BÖYÜK olur.
Mirvari xanım bilərəkdən özünü elm dəryasına atıb. Elm isə elə bir dəryadır ki, ora düşən adam kamil üzgüçü olmasa onun dibi görünməyən sularda boğulmaya məhkum olması mütləqdir. Mirvari xanım məhz belə bir elm fədaisidir.
Mirvari Abbas qızı İsmayılova hazırda Azərbaycan Dövlət Pedoqoji Universitetinin Filologiya fakültəsinin «Müasir Azərbaycan dili» kafedrasının professoru vəzifəsində çalışır. Tələbələri onu çox sevir və xatirini istəyirlər. Onun sıradan birisi olmadığını, çox dəyərli, yerini bilən savadlı bir xanım olmasını qeyd edirlər.Tələbənin əziyyətini qiymətləndirən və haqqına qiymət verən bir pedoqoqdur deyirlər. Tələbələrə mübarizliyi öyrətməsinə çox sıcaq yanaşırlar. Oğlan tələbələr-“ Haqqını ala bilmirsənsə, bazara get 5 metr kəndir al…” kəlməsini, xanım tələbələr isə “ Fanta-cola içməyin, “detey ne budet” kəlməsini çox sevərək onu zarafatcıl və ürəyiyumuşaq, Universitetin 10 müəllimindən biri kimi qəbul edirlər.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Prezidentin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Mirvarı xanıma “Əməkdar müəllim “ fəxri adı verilmişdir.
Müasir Azərbaycan dili kafedrasının professoru, filologiya elmləri doktoru Mirvari Abbas qızı İsmayılova tələbələr üçün yazılmış “ Azərbaycan dilində işgüzar və akademik kommunikasiya (Bütün ixtisaslar üçün bakalavriat səviyyəsi üzrə -2023)” və “ Azərbaycan dili və nitq mədəniyyəti: aktual problemlər “ dərsliklərinin müəllifidir.
Mirvari xanım AMEA Nəsimi adına Dilçilik İnstitutu Lüğətçilik Şöbəsində çalışarkən iş yoldaşları ilə birlikdə “Səməd Vurğunun dilinin lüğətini “ tərtib etmişdirlər.
Onun elmi rəhbərliyi altında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasında bir çox dissertasiya işləri müdafiə edilmişdir.

Abbas müəllimin oğlu – Nəvazi İsmayılov da atası kimi elm dalınca gedənlərdəndir. Elmin elə sahəsi var ki, onunla məşğul olanlar üçün biznesin heç bir çətinliyi yoxdur. Mənə elə gəlir ki, riyaziyyatçılar üçün bu adi bir iş sayıla bilər. Onlar rəqəmlərlə işlədiklərinə görə biznes qurmağı da bacarırlar. Nəvazi Abbas oğlu İsmayılov 2018-ci ilin əvvəlində “APPLİED MODERN TECHNOLOGİES” Məhdud Məsuliyyətli Cəmiyyətini qurmuşdur. Elmin yolu mübarizə yoludur. Müdriklər nahaq yerə deməyiblər ki, sərvət ticarətsiz, elm mübarizəsiz, hakimiyyət siyasətsiz ola bilməz. Nəvazi müəllim də müdriklərin bu deyimini bilməmiş deyildir.
Nəvazi Abbas oğlu İsmayılov hazırda fizika-riyaziyyat elmləri namizədi kimi BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda çalışır. İnstitutun “Obrazların tanınması və informasiyaların işlənməsi”, “Riyazi modelləşdirmə və avtomatlaşdırılmış sistemlər”, “İqtisadi sistemlərin riyazi modelləşdirilməsi”, “Tərs məsələlər və qeyri-xətti tənliklər”, “Məlumat hesablama sistemləri”, habelə “Sistemli analizin riyazi məsələləri” şöbələrində digər məsləkdaşları ilə birlikdə uğurlu elmi axtarışlar aparır. Nəvazi Abbas oğlu İsmayılov həm də İnstitutun elmi şurasının da üzvüdür.
Necə deyərlər, elmin mənbəyi evimizdən başlayır. Elm öyrənmək böyük zəhmət, qabiliyyət və zaman tələb edir. Kəndimizin bu səbrli, enerjili, işiqlı və nurlu, gözlərinin işığını uf demədən elmə vermiş İsmayılovlar ailəsinin üzvlərinə öz şükranlarımızı bildiririk.
Vüqar Abduyev – araşdırmaçı
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Siyasi
/
01.10.2025
14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman
/
01.10.2025
08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial
/
30.09.2025
23:29
Müsahibə, Siyasi
/
30.09.2025
18:44
Sosial
/
30.09.2025
14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə
/
30.09.2025
13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman
/
30.09.2025
08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial
/
29.09.2025
23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman
/
29.09.2025
16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman
/
29.09.2025
11:00
İdman
/
29.09.2025
09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman
/
28.09.2025
10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman
/
28.09.2025
09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm
/
27.09.2025
10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi
/
27.09.2025
08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm
/
27.09.2025
00:08
Gündəm
/
27.09.2025
00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial
/
26.09.2025
23:14
Sosial
/
26.09.2025
14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil
/
25.09.2025
22:45
Siyasi
/
25.09.2025
14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm
/
25.09.2025
11:30
Siyasi, Sosial
/
24.09.2025
23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial
/
24.09.2025
14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat
/
24.09.2025
11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir
Siyasi, Sosial
/
23.09.2025
22:01














