Kriminal 22.08.2019 20:39

Arif Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı - FOTO

Azərbaycan Ali Məhkəməsi 2017-ci ildə Nəqliyyat Nazirliyi ləğv olunana qədər nazir müavini, ondan öncə isə 11 il (2004-2015) Azərbaycan Dövlət Dəmir Yolunun rəisi olmuş Arif Əsgərov haqqında qərar çıxarıb.
Qərar belədir ki, keçmiş nazir müavini və oğlu Elnar birlikdə Əmanətlərin Sığortalanması Fonduna 92 min 622 dollar pul ödəməlidir. Səbəb isə Elnar Əsgərovun hələ atası nazir müavini olan dövrdə – 2015-ci ilin noyabrında «Dəmirbank»dan götürdüyü krediti qaytarmamasıdır. Atası bu kreditin qaytarılacağına zaminlik elədiyinə görə borcu qaytarmaq öhdəliyi onun da üzərinə qoyulub.
Elnar Əsgərovun bankdan krediti hansı məqsədlə götürdüyü məlum deyil. Amma ehtimal edir ki, bu borclanma nazir müavininin oğlunun adı keçən milyonlarla dollarlıq dələduzluq işi ilə bağlı olub. Həmin dələduzluq sxeminə görə Elnar Əsgərovun iki xalası oğlu həbsdədir.
Keçmiş nazir müavinin Emin və Rahib Hüseynov adlı qohumları “Azərbaycan Dəmir Yolları” üçün yataq dəstələri və digər mallar alıb dəyərindən dəfələrlə baha satmaq, beləliklə də yaxşı qazanc götürmək adı altında müxtəlif adamları aldatmaqda, onların on milyonlarla manatını mənimsəməkdə təqsirli biliniblər. İş üzrə zərərçəkənlərin sayı 50-yə yaxındır.
Lakin məhkəmədə Hüseynov qardaşları bildirmişdilər ki, onların bu sxemdə rolu həlledici olmayıb-pullar yığılıb Elnar Əsgərova verilirdi. Adamları aldadanın əslində Əsgərov olduğunu deyən Hüseynov qardaşları Arif Əsgərovun “Bandotdel”də zərərçəkənlərin bir neçəsinə milyonlarla dollar ödədiyini də demişdilər. Ehtimal ki, banklardan borclanmaq da məhz zərərçəkənlərin pullarını qaytararkən lazım gəlib.
Virtualaz.org xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində ata və oğul Əsgərovlar haqqında qiyabi qətnamə çıxarılıb. Məhkəmənin onların üzərinə qoyduğu 92 min 622 dolların 86 min 026 dolları əsas borc, 6 mi 595 dolları faiz, 1 dolları isə cərimə borcudur.
Əsgərovlar bu qərardan xəbər tutandan sonra etiraz ediblər. Onların fikrincə, bu məsələyə Binəqədi Rayon Məhkəməsi baxa bilməzdi. Şikayət veriblər ki, bu iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilsin, orada yenidən baxılıb qərar verilsin. Ancaq onların şikayətləri təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Sabiq nazir oğlunun bir neçə bankdan götürdüyü kreditləri qaytarmadığı iddia olunur. «Dəmirbank»la yanaşı, «Bank of Baku» və «Bank Standard» (bu bankın lisenziyası ləğv olunduğuna görə iddiaçı qismində onun ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondudur) da ondan məhkəməyə şikayət edib.
«Bank of Baku»nun iddiası üzrə prosesdə E.Əsgərovun vəkili etiraz edib ki, bu işə Binəqədi rayon Məhkəməsində yox, Nərimanov rayon Məhkəməsində baxılmalıdır. Çünki E.Əsgərov Binəqədi rayonunda qeydiyyatda olsa da, faktiki Nərimanov rayonunda yaşayır. Amma bu şikayətlər təmin olunmayıb, yuxarı instansiyalar da qərar verib ki, «Bank of Baku»nun şikayətinə elə Binəqədi rayon Məhkəməsində baxılmalıdır.
Əmanətlərin Sığortalanması Fondunun «Bank Standard»a borca görə E.Əsgərova qarşı qaldırdığı iddia üzrə iş isə hazırda Ali Məhkəmədədir. (Ekonews.az)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO