AŞPA-da Qarabağ müzakirə olunacaq – SABAH
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 14-dək Strasburqda keçirilən iclasında Qarabağ münaqişəsi müzakirə olunacaq.
Rakus.az xəbər verir ki, parlamentin mətbuat xidmətindən verilən məlumata görə, artıq Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün Strasburqa yollanıb.
Sessiya çərçivəsində aprelin 9-da AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin və Azərbaycanın AŞPA yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” mövzusunda tədbir keçiriləcək.