Hadisə 01.11.2019 15:29

“Atəşgah” Sığorta sığorta ödəməkdən imtina edir – ŞİKAYƏT

“Qüsur aktı”nı “Atəşgah” Sığorta Şirkətinə təqdim etsəm də, sığorta şirkəti orda yazılan sığorta ödənişini ödəməkdən imtina etdi”.
Rakus.az xəbər verir ki, bunu Bakı şəhər sakini Səbinə Hüseyn qızı Məmmədova “Atəşgah” Sığorta şirkətindən şikayət edərkən deyib.
Şikayətçi bildirib ki, 27.09.2019-cu il tarixdə saat 9-10 radələrində Ənvər Qasımzadə küçəsi ilə X.Şuşinski küçələrinin kəsişməsində (Nəsimi rayon İcra Hakimiyyətinin yanı) Opel-vectra 99-NR-194 (1999) nömrə nişanlı avtomobilin sürücüsü Əlican Yusif oğlu Mustafayev sürət həddini aşmaqla və “Yol ver” nişanının tələbini pozaraq ona məxsus “Nissan” Sentra 10-NK-744 (2014) nömrə nişanlı avtomobili ilə toqquşub və nəticədə avtomobilinə ciddi ziyan dəyib.
Şikayətçi bildirib ki, qarşı tərəfin icbari sığortası “Atəşgah” Sığorta avtomobili ilk dəfə əksik qiymətləndirərək ona 1680 manat təklif edib:
“Mən bununla razılaşmayaraq, avtomobilimi hər zaman “Nissan” servisdə yoxlamadan keçirtdiyim üçün əlavə olaraq, orada da avtomobilimə baxış keçirilməsi və dəymiş zərərin müəyyən edilməsi barədə müraciət etdim.
Daha sonra “Atəşgah” Sığortaya narazılığımı deyəndə qiymətləndirmə şöbəsindən bildirildi ki, kimə istəyirəm, ona da şikayət edim, yəni burda kimsənin şikayətinə nə baxırlar, nə də dinləyirlər.
Mən də zərərçəkmiş kimi “Atəşgah” Sığortanın baş idarəsinə gedərək ərizə yazıb müstəqil ekspert Əhməd Talıblını seçdim. Ekspertin gəlməyi belə müsbət nəticə vermədi. Çünki o, əlavə olaraq cəmi 590 manat qeyd etmişdi. Bu da, ümumilikdə 2270 manat edir. Ancaq “Nissan” servisin tərtib etdiyi “Qüsur aktı”nda isə dəymiş zərərin tək ehtiyat hissələri üçün qiyməti 4361 AZN müəyyən edilib. “Qüsur aktı”nı “Atəşgah” Sığorta Şirkətinə təqdim etsəm də, sığorta şirkəti orda yazılan məbləği ödəməkdən imtina etdi”.
Şikayətçinin iddialarına görə, qəzanın qiymətləndirməsi heç bir halda düzgün aparılmayıb:
“Məsələn, qəza zamanı maşının qapısına ciddi ziyan dəyib və buna görə də qapı dəyişdirilməlidir. Sığorta aktında qapı üçün məbləğ 410 manat qeyd edilib, halbuki bu gün bazarda həmin qapını 700 manatdan aşağı tapmaq olmaz”.
Şikayətçi qeyd edib ki, avtomobilsiz qaldığından 27.10.2019-ci il tarixdən bu günə qədər işi ilə əlaqədar taksidən istifadə etmək məcburiyyətində qalıb və “Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən hüquqlarının pozulması nəticəsində əlavə xərcləri yaranıb.
Səbinə Məmmədova bildirib ki, bütün bu get-gəllərdən bezərək məcburiyyətdən bu qiymətləndirmə ilə razı olub. Onun sözlərinə görə, maşına dəymiş zərər 2270 manat müəyyən edilərək banka köçürülüb. Problem ondadır ki, o, bu pulu bankomatdan çıxarmaq istəyərkən başqa bir problemlə qarşılaşıb. Çünki pulu çıxardan zaman bank öz komissiya xərcini sığorta şirkətindən deyil, zərərçəkmişdən tutur. Məbləği isə bir sutkadan bir çıxarmaq mümkün olduğundan bank hər dəfə faiz hesablayır və hələ də məbləği tam bankomatdan çıxara bilməyib.
Xatırladaq ki, şikayətçi redaksiyamıza bu hadisə ilə bağlı sənəd və qəzalı maşının şəkillərini göndərib. Həmin fotomaterialı təqdim edirik:
(Qaynarinfo)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası”
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir