Dünya 12.01.2020 17:00

Atəşkəs Tripolidə böyük sevinclə qarşılandı - FOTO

Qondarma Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın tabeliyindəki qüvvələr Türkiyə və Rusiyanın atəşkəslə bağlı birgə çağırışını qəbul edib.

Rakus.az xəbər verir ki, bununla da Bakı vaxtı ilə gecə saat 02-dən etibarən tərəflər arasında atəşkəs elan olunub.

Bu barədə Xəlifə Haftarın tabeliyindəki qüvvələrin sözçüsü Əhmət əl-Mismari sosial media vasitəsilə məlumat verib. O, yaydığı müraciətdə Liviyanın qərbində hərbi əməliyyatlarla bağlı atəşkəs təklifini qəbul etdiklərini, ancaq qarşı tərəf atəşkəsi pozarsa buna sərt şəkildə cavab verəcəklərini bildirib.

Atəşkəsin əldə olunması barədə xəbər paytaxt Tripolidə böyük sevinclə qarşılanıb, atəşfəşanlıq olub.

Liviyanın legitimliyi beynəlxalq səviyyədə tanınan, BMT-nin dəstəyi ilə paytaxt Tripolidə yaradılmış Milli Birlik Hökumətinin (MBH) Nəqliyyat Nazirliyi ölkənin dünya ilə yeganə əlaqə vasitəsi olan Mitiqa hava limanını yenidən aviareyslər üçün açıq elan edib.

Atəşkəs elanından sonra Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasında telefon danışığı olub. Dövlət başçıları Liviyada yaranan vəziyyəti müzakirə ediblər.

Liviyadakı böhranın nizamlanması ilə bağlı danışıqlar prosesində fəal iştirak edən İtaliyanın Baş Naziri Cüzeppe Konte də atəşkəsin elan olunmasından sonra yaydığı açıqlamada bildirib: “Haftarın tabeliyindəki qüvvələr atəşkəsi qəbul etdi. Bu, böhranın siyasi yolla həlli istiqamətində ilk addımdır. Bu sahədə qət edilməli olan çox yol var, amma istiqamət doğrudur”.

Xatırladaq ki, Liviyadakı böhranın həlli ilə əlaqədar Romada həm MBH-nin Baş Naziri Fayiz əs-Sərrac, həm də Xəlifə Haftar ilə görüşlər keçirilmişdi. Bundan başqa, Fransa Prezidenti Emmanuel Makron ilə Fayiz əs-Sərrac arasında telefon danışığı olmuşdu.

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO